Gulshan Jabihas quoted8 years ago
USTADÜŞŞÜƏRA ƏBÜLÜLA GƏNCƏVİ

Onun haqqında ancaq bu qədər məlumdur ki, o böyük xaqan Mənuçehrin dövründə Şirvanın məliküşşüərası olub, yüksək bir şən və iqtidara malik olmuşdur. Xaqani və Fələki onun şagirdlərindəndir. Həmdüllah Mustovfi «Tarixi-güzidə»də yazır ki, Əbülüla öz qızını Xaqaniyə verdi. Əbülülanın qızını almaq istəyən Fələki bundan incidi və köçüb getmək istədi. Ustadı ona 20.000 dirhəm bağışlayıb dedi: Bu əlli türk kənizinin qiymətidir ki, hər biri mənim qızımdan daha gözəldir. Fələki buna razı oldu. Xaqani yüksək mövqe və şöhrətə malik olandan sonra, qürrələnib ustadının xatirini incidirdi. Əbülüla bu xüsusda deyir:
Qitə
Sən ey Əfzələddin, əgər doğrusunu soruşsan,
Sənin əziz canına and olsun ki, səndən razı deyiləm.
Sənin adın Şirvanda dülgər oğlu idi,
Sənə Xaqani ləqəbini mən verdim,
Sənə çox yaxşılıq etdim.
Sənə oğul deyib, müəllimin oldum.
İndi nə üçün mənim hörmətimi saxlamırsan?
Sənə qız, mal və şöhrət verdim.
Mənə nə qədər deyəcəksən ki, bir çox sözlər söylədin!
Bu cür sözlər yadımda deyildir.
Söyləmədim-söylədim, söylədim-söyləmədim,
Verdim-vermədim.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)