Xuraman Memmedovahas quoted5 years ago
Bir dəfə axşam, universitetdə “Şelkunçik”in tamaşasın­da, Syuzan Devidə, baza tipli şifrələrə aid etmək mümkün olan bir şifrəni açmağı təklif elədi. Bütün antraktı, o, on bir hərfdən ibarət olan namə üzərində başını sındıraraq, əlində qələm oturdu:

HL FKZC VD LDS

Əvvəl-axır, ikinci akt başlanmazdan əvvəl işıqlar artıq sön­məyə başlayanda, ona vəhy gəldi. Naməni şifrələ­yər­kən Syuzan hər bir hərfi, sadəcə olaraq, əlifbada ondan əv­vəl gələn hərflə əvəz edib. Şifrəni açmaq üçün Bekkerə la­zım olan yalnız, olan hərflərin yerinə, əlifba sırasında bilavasitə onlardan sonra gələn hərfləri qoymaq idi: H çönüb olurdu İ, L – çevrilidi M-ə və bu minvalla. Bekker bunu başqa hərflərlə də çox tez etdi. O, heç vaxt fikirləş­mirdi ki, dörd söz onu bu qədər xoşbəxt edə bilər.

IM GLAD WE MET

Namədə deyilirdi: “Mən şadam ki, biz görüşdük”. O, proqramın üstündə cavabı tez cızdı və Syuzana uzatdı:

LD SNN

Syuzan oxuyanda sifəti işıqlandı. ME TOO – “Mən də” demək idi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)