Gunduz Memmedovhas quoted8 years ago
— Bəs o, Türkiyəyə hardan gəlib?
— Nyu-Yorkdan. Paşayev keçən il ora gedəndə onların nümayəndəsilə razılığa gəlmişdi. Onlar da Aleksandr Petroviçi göndərdilər.
— Nə haqda razılığa gəlmişdi?
— Birgə fəaliyyət haqda... — Sadıxov bir qədər duruxdu.
— Zəhmət olmasa, daha konkret. Mənim vaxtım azdır.
— Hə, hə, əlbəttə. Biz sərhəddə yeni dəhliz yaratmaq istəyirdik. Keçən il Türkiyədə erməni tərəfin nümayəndələrilə görüşmüşdük. Razılaşmışdıq ki, yükləri dəhlizdən sərhədə birlikdə keçirək. Hər şeyi razılaşdırmışdıq.
— Siz dəqiq nə vaxt görüşmüsünüz?
— Keçən il, deyəsən, yazda.
— Axı o vaxt həmin hissə hələ işğal olunmamışdı. Siz hardan bilirdiniz ki, məhz bu dəhliz işğal olunacaq.
Sadıxov susurdu.
— Sizdən soruşuram, cavab verin, — Dronqo səsini qaldırdı.
— Biz elə danışmışdıq... — Sadıxov çətinliklə dedi, — biz danışmışdıq ki, həmin dəhliz işğal olunacaq.
— Necə? — eşitdikləri insan məntiqinin adət etdiyi normalara sığmırdı.
— Onlara sərhədə çıxmaq lazım deyildi, — Sadıxov dəhşətdən az qala boğularaq tələsik izah etdi. O başa düşürdü ki, bu etiraflardan sonra artıq məhkumdur. O başqa bir şeyi də başa düşürdü. Əgər o indi hər şeyi danışmasa, qarşısında dayanan bu qisasçı onu güllələyəcək. — Amma biz hər şey haqda danışmışdıq. Əsas o idi ki, onlar sərhədə yaxın stansiya olan Horadizi ələ keçirsinlər. Biz razılığa gələ bildik. Füzuliyə tanklar yeridiləndə bir neçəsi Horadiz tərəfə dönmüşdü. Bu vaxt biz stansiyada panika yaratdıq, bizim adamlar qışqırırdı ki, bura yüzlərlə tank yaxınlaşır. Stansiyanı müdafiə edən komandirə stansiyanın təhvil verilməsi haqda yanlış əmr gəldi. Sonra onu güllələdilər. Nəticədə biz həmin dəhlizi əldə etdik.
— Deməli, Horadizin işğalı hər iki mafiyanın birləşmiş aksiyasıydı! — Dronqo eşitdiyinə inanmadı.
— Hə, — Sadıxov ümidsizcəsinə dedi, — biz hər şeyi əvvəldən hazırlamışdıq. Bizə dəhliz lazım idi. Hərbi nöqteyi-nəzərdən erməni hissələrinə oranı işğal etmək lazım deyildi. Ora nahamar yerlərdir, sərhədi müdafiə etmək demək olar ki, mümkün deyil. Biz də öz növbəmizdə stansiyanı təslim etməyə bilərdik. Amma biz yeni dəhlizi məhz orda yaratmaq istəyirdik. Ona görə belə alındı.
— Qulaq asın, Sadıxov. Siz iblisin özüsünüz. Bədbəxt insanlar — həm ermənilər, həm azərbaycanlılar — inanır-lar ki, torpaq uğrunda, azadlıq uğrunda vuruşurlar, sizsə bu vaxt mafioz işlər təşkil edirsiniz. Siz ümumiyyətlə, Allaha inanırsınız?
— Bunun nə dəxli var? — Sadıxov dartındı. — Guya digər rayonların necə təhvil verildiyini siz bilmirsiniz. Birini təhvil vermək lazım idi ki, Bakıdakı hakimiyyət dəyişsin. Digəri, dağlardakı yeganə yolu minalardan təmizləyib özünə ev tikmək üçün və ora rahat yol salmaq üçün partlayıcılardan istifadə etmiş icraiyyə komitəsinin sədri üzündən verildi! Həmişə də belədir. Bizdən nə istəyirsiniz? Elə bilirsiniz, ermənilərdə belə hallar olmur? İstədiyiniz qədər. Öyrənin, görün Stepanakertdə balıq və kürü hardandır. Axı orda dəniz yoxdur. Və ya benzin. Onların ki neft emal edən zavodları yoxdur? Mənlik burda nə var ki?
— Bilirsiniz, — Dronqo kədərlə dedi, — bu müharibədə mənim ən çox erməni və azərbaycanlıların sadə insanlarına yazığım gəlir. Onları bir-birilərinə qarşı qaldırıb indi onların qanıyla varlanırlar. Siz it oğlusunuz.
— Bunu niyə mənə deyirsiniz? — Sadıxov əsəblə soruşdu. — Elə bil təkcə mən beləyəm. Qalanları belə deyil? Nə satdığının nə fərqi var — narkotik maddə, neft, pambıq, metal, onsuz da hamı hər şeyi satır. Situasiya belə alınıb
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)