Lala Mehdiyevahas quoted8 years ago
Adətən təcili yardım məntəqəsində tibb bacıları və ya həkimlər insanın hiss etdiyi ağrını birdən ona kimi bir rəqəmlə ifadə etməyini istəyirlər. Həmin rəqəmə görə veriləcək ağrıkəsicilər müəyyənləşdirilirdi. Bu hiss mənə uzun illər əvvəldən, qəfil nəfəs ala bilmədiyim üçün ciyərlərimdən çıxan alovun qabırğalarımı yandırdığını fikirləşdiyim məqamda anamla atamın məni təcili yardım məntəqəsinə apardıqları gündən tanışdır. Həmin gün tibb bacısı məndən ağrının dərəcəsini soruşanda mən ağzımı aça bilmədiyim üçün doqquz barmağımı göstərmişdim.
Mənə bəzi ağrıkəsici dərmanlar verəndən sonra tibb bacısı nəbzimi yoxlamışdı və demişdi ki: – Bilirsən, sənin döyüşçü olduğunu necə başa düşdüm? Onluq ağrıya sən doqquz dedin.
Əlbəttə ki, bu, heç də düzgün deyildi. Mən doqquz demişdim, ona görə ki, on demək haqqımı sonraya saxlamışdım. Bax, həmin möhtəşəm, əzəmətli on indi, burda mənim təkcə yatağımda uzanıb gözlərimi tavana zillədiyim məqamda üstümə çırpılırdı; dalğalar məni əvvəlcə qayalara tullayıb, sonra yenidən dənizə çəkirdi ki, təkrar sahilə doğru hücum çəkən ləpələr amansız qayalara möhkəm çırpa bilsin, sonra isə suyun üzündə arxası üstdə uzanmış vəziyyətdə naməlum boşluğa axıb getdim.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)