Vesli Tagiyevhas quoted7 years ago
Güneyləri bir hovurluğa isidən hava bilinmədi necə dəyişdi – uşaq nəfəsi təkin xəfif gündüz istisinin dalınca dağlardakı qarın-buzun həniri gəldi. Tez düşən axşamın toranı dərələrə sinə-sinə hər tərəfi çulğayır, irəlidəki boranlı gecədən soraq verən sazağı da öz yedəyində gətirirdi.
Hər yanı qar basmışdı. Çovğun, yox yerdən alışan yanğın misalı ikicə gün əvvəl bu yerlərdən ötüb-keçmiş, bütün İssık göl həndəvərini sovurub gürv-ələmişdi. Dəhşətdi – göz-gözü görmürdü, yer-göy, dağ-dərə yox idi elə bil. Sonra hər şey sakitləşdi, hava da ayazıdı.
Çovğun səngiyəni qarın-yağmurun ram elədiyi dağlar dünyanın hər şeyindən xali, üşütməli səssizlik içində döyüküb durmuşdular.
Həmən o axşamtərəfi Uzan Çat dərəsiylə üzüyuxarı, sırsıralı, başı eşmə buludlu Ala-Möngü aşırımına sarı yol eləyən bir cüt ağır vəznli vertolyotun səsi artır, yavuqlaşırdı, sonra da həmin səs yerə-göyə hakim kəsildi, bu vaxtacan səsdən-işıqdan özgə heç nəyə yenilməyən sıra dağları, zirvələri, buzlaqları basmalayıb əzən nəriltisiylə hər yeri başına götürdü. Bu nərilti dağadərəyə düşüb ayqaya qoparır, qarşısıalınmaz qüvvəylə birə-beş artırdı. Və adama elə gəlirdi ki, üstündən bir az da keçsə, qiyamət qopasıdı, o zəlzələ vaxtı necəydi – bax eləcə...
Arada buna bənzər bir şey oldu da – aşağıda, yol ağzındakı, küləklərin yonub-yontaladığı daşlı yamacdan xırda bir çüngülə səsdən diksinibən aşağıya axdı. Ovsunlu qan təkin tez də dayandı.
Elə bu bəsmiş demə, kövrək torpaq diksindi, qəlbidən bir-iki qompal daş yerindən oynayıb üzüaşağı yumbalandı, dallarıycan tozanaq qopdu, yumbalandıqca yeyinlədilər, havalandılar. Gəlib-gəlib yamacın ayağında mərmi təkin paralandılar. Zərdə-söyüd və ziriş kollarının arasından şütüyüb qar qalağını yarıb keçdilər. Diyirlənə-diyirlənə gəlib qurd yuvasını haqladılar, – bu yuva qayanın ətəyində yarıqdaydı, xəşələ buz bağlamış sısqa qarasulu şırşıranın avar-çavarı arasında gözə görünmürdü.
Qurd qancığı Ağbərə yuxarıdan üstünə gələn daş-kəsəkdən, qardan sıpçınıb yarğanın xəfəsinə çəkildi, o saat yay kimi gərilib yalını pursutdu, alatoranda işıldayan gözlərini qarşıya zilləyib döyüşə sərvaxt dayandı. Ancaq əbəs yerə. Xata çölün düzündəydi,
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)