b6738782716has quoted4 years ago
hərəkətlə qorxunc bir şey düşüncəsi və xəyalı oyadır. Biz ayıq ikən qəzəb vücudun bəzi hissələrində isinməyə səbəb olduğu kimi yuxu halında ikən vücudun bəzi hissələrinin artıq dərəcədə isinməsi də qəzəbə yol açır və zehində bir düşmən xəyalı yaradır. Eynilə biz oyaq ikən təbii yaxınlıq arzuya səbəb olduğu və arzu da vücudun bəzi hissələrdə istiliyə yol açdığı kimi yuxu halında ikən həmin hissələrdə artıq istilik olması da zehində göstərilən bir yaxınlıq xəyalı yaradır. Xülasə, yuxularımız ayıq haldakı xəyallarımızın tərsidir; bir tərəfdən biz ayıq ikən başlayan hərəkət və digər tərəfdən yuxu görərkən başlayan hərəkət.

Görüntülər və ya xəyallar. Bir insanın yuxuları ilə ayıq haldakı düşüncələri arasında fərq qoymanın ən çətin olduğu hal, deməli, bu və ya digər səbəblə yatmış olduğumuzun fərqinə varmamağımızdır; qorxulu düşüncələrlə dolu, vicdanı narahat və yatağa getmədən, yaxud paltarlarını çıxarmadan kresloda mürgüləyən bir insanda bu vəziyyətin hasil olması asandır. Yatmaq üçün böyük zəhmət çəkən birinə kobud və şişirdilmiş bir yuxu xəyal göründüyündə o insan bunun yuxudan başqa bir şey olmadığını asanlıqla dərk etməz (Yuli Sezar tərəfindən xilas olunmuş və onun ən sevdiyi
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)