Vusala Mammadovahas quoted8 years ago
Amma gənc müəllim heç bir vəchlə hisslərini büruzə vermirdi. Buna səbəbləri çox idi və həmin səbəblərin hamısını, demək olar ki, dərk edirdi. Narsisi ən başlıcası şagirdlərinə, ya da rahibliyə hazırladıqları köməkçilərinə aşiq olan müəllimlərə duyduğu nifrət hissi saxlayır və ayıldırdı. Elə özü də zaman-zaman böyük qardaşların ona yönəlmiş şəhvətli baxışlarını həyəcan dolu çimçişməylə hiss edir, belələrinin iltifat və nəvazişinə səssiz etirazla cavab verirdi. İndi onları başa düşürdü: indi özü də günahın ləzzətini dadmışdı. O, Qoldmundu sevmək, onun məftunedici gülüşündən həzz almaq, sarışın saçlarını sığallamaq istəyirdi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)