Gulshan Jabihas quoted8 years ago
Sonrakı il, Gürcüstanın ən böyük düşmənlərindən olan Cavad xan ibni-Şahverdi xan Ziyad oğlu, əvvəlcə Rusiyaya və daha sonra İrana zahiri itaət göstərməklə Tiflis tacirlərini qarət edirdi. Knyaz Sisiyanov Gəncəni almaq məqsədilə hərəkət etdi. Yuxarıda adı çəkilən Əli Sultanın qardaşı oğlu şəmsəddinli Nəsib sultan onunla birləşdi. Cavad xan şəhərin xaricində müharibə edərək məğlub olub qalaya çəkildi.
Hicri 1218-ci (=1804) ildə, kanuni-sani (fevral) ayının 3-də, Ramazan bayramı günü, sübh çağı qala hücum ilə alındı, Cavad xan bir neçə övladı, əhalidən bir çoxu ilə bərabər öldürüldü. Gəncə Yelizavetpol adı ilə adlandırıldı.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)