Mir Alihas quoted8 years ago
Bu gözlər yalan demir. Axı mən sizə dönə-dönə demişəm ki, başlıca səhviniz insan gözünün əhəmiyyətini qiymətləndirməməyinizdir. Başa düşün, dil həqiqəti gizlədə bilər, göz isə – heç vaxt! Sizə qəfil sual verirlər, sizin tükünüz də tərpənmir, bir anın içində özünüzü ələ alıb bilirsiniz ki, həqiqəti gizlətmək üçün nə demək lazımdır və çox inamla onu deyirsiniz, üzünüzün bir cizgisi də tərpənmir, ancaq əfsuslar, sualın tərpətdiyi həqiqət bir anın içində ürəyinizin dərinliyindən gözünüzə sıçrayır və hər şey bitir. O sezilib, yalanınızın üstü açılıb!
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)