Dünyadakı bütün bədxahlıqlar nadanlıqdan yaranır. Elə xeyirxahlığın özü anlaşılmayanda bədxahlıqdan da pis nəticə verə bilər. İnsan təbiətində xeyir şərdən güclüdür, amma əsas məsələ bunda deyil. Məsələ ondadır ki, adamlarda az ya çox nadanlıq olur və əsl nadanlar özlərini çoxbilmiş sayırlar. Hər cür bəla və bədxahlıqlar, insan öldürmək qərarı da nadanlıqdan doğur. Caninin qəlbi işıqsız və kor olur. Gözü həyat işığı və qəlbi nurla dolmamış bir adamdan nə xoş əməl, nə də əsl məhəbbət gözləmək olmaz.