Fidan Mammadlihas quoted8 years ago
“Buz dövründə heyvanlar soyuqdan ölməyə başlayanda iynəli kirpilər bir yerə yığışıb qərara aldılar ki, birlikdə yaşasınlar və biri-birini isidib müdafiə etsinlər. Amma onların iti iynələri yaxındakına, biri-birini daha çox isidən yoldaşına batır, qanadırdı. Ona görə də, onlar yenidən ayrıldılar, uzaqlaşdılar.
Ayrılan kimi də soyuqdan donub ölməyə başladılar.
Onlar seçim qarşısında qalmışdılar: ya ölüb yer üzündən yox olacaqlar, ya da onlara yaxın olanların iynələrinə dözməlidirlər.
Axırda onlar ağıllı qərar qəbul edib yenidən bir yerə yığışdılar. Yaxınlarının, yoldaşlarının onlara vurduğu yaralara dözməyi yavaş-yavaş öyrəndilər, çünki onların sağ qalıb yaşaması üçün ən əsas şey biri-biri ilə paylaşdıqları o hərarət idi”.
  • unavailable
    • Jabbarov Elchin8 years ago

      👍🏻

    Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)