Vusala Mammadovahas quoted8 years ago
PAXILLIĞIN BAHASI

Yoxsul qadın bazarda pendir satırdı. Pişik gözdən yayınıb, birini oğurladı. Oğrunu görən it, guya pendiri ondan almaq istədi. Pişik və it yaxalaşdılar. İt mırıldayır və hürürdü, pişik fısıldayır və cırmaqlayırdı, amma biri də davada üstün ola bilmirdi. “Gedək şələquyruğun yanına, qoy o bizi ayırd etsin” – deyə, nəhayət pişik təklif elədi. “Yaxşı, gedək” – dedi it. Və onlar tülkünün yanına yollandılar. Şələquyruq hər ikisini ağıllı görkəmlə dinlədi. “Axmaq heyvanlar, – tənbeh etdi onları tülkü, – axı kim özünü belə aparır? İstəyirsiniz, mən pendiri sizin aranızda elə bölüm ki, hər ikiniz razı qalasınız”. “Razıyıq” – dedi it və pişik. Tülkü bıçağı çıxartdı və pendiri böldü, lakin onu eninə kəsmək əvəzinə, uzununa böldü. “Mənim yarım balacadır” – deyə, it etiraz etdi. Tülkü eynəyin altından itin payına qiymətləndirici nəzərlərlə baxdı. “Sən haqlısan, tamamilə haqlısan!” – qət etdi o. Tülkü yaxınlaşdı və pişiyin payından bir parça dişlədi. “İndi paylar bərabərdir” – dedi pendiri çeynəyib udandan sonra. Tülkünün nə etdiyini görcək, pişik miyoldamağa başladı: “Bircə bax! İndi mənim tikəm balacadır!”
Tülkü yenə eynəyini taxdı və qiymətləndirici nəzərlərlə pişiyin payına baxdı. “Sən haqlısan!” – dedi o. – Dayanın, mən indicə bunu düzəldərəm”. Və o itin tikəsindən bir parça dişlədi. Beləcə, tülkü pendirin hamısını düz onların gözləri önündə yeyib qurtarana qədər gah pişiyin, gah da itin payını bərabərləşdirdi.
Natan Ozyubel,
“Yəhudi folklorunun xəzinəsi”, 1948
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)