Azər Əlizadəhas quoted5 years ago
ADAM ADAM OĞURLAYIR Zamanın dönübdü üzüAdam adam oğurlayır.Heç vaxt görməyib yer üzüAdam adam oğurlayır.Hamı olub əsir-yesir,Qorxur, evinə tələsir.Adam adam başı kəsir,Adam adam oğurlayır.Hər cürə talan görmüşük,Hər cür qan salan görmüşük,Bəs bunu haçan görmüşük,Adam adam oğurlayır.Tükənib insanlıq eşqi,Bəşər xəstə, zaman düşkün,Bu da əsrin təzə kəşfi,Adam adam oğurlayır.Adam doğanlara deyim,Doğub boğanlara deyim,Vəhşi insanlara deyimAdam adam oğurlayır.Ayı qoz, fındıq aparır,Qurd yağlı quyruq aparır,Tülkü də toyuq aparır,Adam adam oğurlayır.Qara divin səsi gəlir,Körpə mələşməsi gəlir,Adam-madam iyisi gəlir,Adam adam oğurlayır.Qalxın məzarda yatanlar,İnsanı uca tutanlar,Ayıq olun, ey adamlar,Adam adam oğurlayır.Bundan o yanası yoxdur,Ta ömrün mənası yoxdur,Bəşərin anası yoxmu,Adam adam oğurlayır.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)