Nezrin Veliyevahas quoted8 years ago
– Təşəkkür edirəm, müsyö. Bəli, düzdür.

Amerikalı etinasızlıqla bağlamanı cibinə qoydu və Olqaya təzim etdi:

– Gecəniz xeyrə qalsın, madmazel. Gecəniz xeyrə qalsın, müsyö Krasnin.

O gedəndən sonra otaqda qalanların baxışları qarşılaşdı.

Kişi qurumuş dodaqlarını diliylə yaladı.

– Maraqlıdır, görəsən, otelə qədər ­gedib çıxa biləcəkmi? – o, astadan söylədi. Onlar dillənmədən pəncərədən baxdılar. Həmin an amerikalı küçə qapısından çıxdı. İki kölgə isə səssizcə onun ardınca addımladı. İzlənilən və izləyənlər gecənin qaranlığında yox oldular. Sükutu ilk pozan Olqa oldu:

– O, sağ-salamat gedib çıxacaq. Qorxmaya... yaxud da ümid etməyə bilərsiniz.

– Nəyə görə elə düşünürsən ki, o, sağ-salamat gedib çıxacaq? – Krasnin çətinə düşmüş halda soruşdu.

– Onun kimi çox pulu olan adam, yəqin ki, səfeh deyil. Pul demişkən... – o, mənalı baxışla kişiyə baxdı.

– Nə?

– Əzizim Boris İvanoviç!

Krasnin həvəssiz surətdə ona doğru iki kupyura uzatdı. O, təşəkkürlə, lakin laqeydliklə başını tərpətdi və onları corabının içində gizlətdi.

Krasnin maraqla Olqaya baxdı.

– Sən təəssüf etmi
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)