Gunduz Memmedovhas quoted8 years ago
Sənə demək istəyirdim ki, çaydan keçməyimiz ­yadındadır?
– Yadımdadır.
– Bilirsən, biz düşünürdük ki, tezliklə o biri çaya da çatacağıq. Bilmirəm bizi nə çaşdırdı, – kompas, xəritə, yoxsa başqa bir şey, azıb qalmışıq. Suyumuz tamam qurtardı, bir az siz uşaqlar üçün saxladıq, və... və...
– Sən də yuyunmağa su tapmadın? – qız onun sözünü kəsib qəmgin üzünə baxaraq ciddi səslə dedi.
– Bəli, içmək üçün də su yox idi. Belə, əvvəlcə mister Bernder öldü, sonra hindi Pit, onun ardınca missis Mak-Qreqor, Conni Hauns və nəhayət, sənin anan.
– Anam da ölüb? – qız qışqırdı və önlüyünü üzünə tutub acı-acı ağladı.
– Bəli, balaca, ikimizdən başqa hamı öldü. Sonra bu tərəflərdə su axtarmağı qərara aldım və səni çiynimə alıb yola düşdüm. Bura isə lap pis imiş. İndi heç bir ümidimiz qalmayıb.
– Deməli, biz də öləcəyik? – qız göz yaşlarından islanmış üzünü qaldıraraq soruşdu.
– Bəli, görünür, axırımız çatıb.
– Bunu əvvəldən niyə demirdin? – qız sevindi.
– Mən də qorxmuşdum! Axı öləndə anamın yanına gedəcəyik!
– Sən, əlbəttə, gedəcəksən, əzizim.
– Sən də gedəcəksən. Sənin necə mehriban olduğunu anama danışacağam. Yəqin, o bizi cənnət qapısında bir qucaq isti, qızardılmış qarabaşaq kökəsi və su dolu bardaqla gözləyəcək. Bobla mən bu kökələri çox sevirik! Ölməyimizi çox gözləyəcəyik?
– Bilmirəm, yəqin çox çəkməz. – O, gözlərini ayırmadan şimala tərəf baxırdı. Mavi göy qübbəsinin qurtaracağında üç qara nöqtə görünürdü. Hər saniyə daha da böyüyüb yaxınlaşan bu nöqtələr tezliklə üç iri, qəhvəyi quşa çevrildilər. Onlar yolçuların başı üzərində yavaş-yavaş dövrə vurub, bir az yuxarıdakı qayanın üstünə qondular. Bunlar qərb çöllərinin yırtıcı quşları – sarlar idi, onların peyda olması ölümdən xəbər verirdi.
– Toyuqlara bax, toyuqlara! – qız məşum quşları göstərib sevinclə qışqırdı və əllərini bir-birinə vurub şappıldatdı ki, onlar yenidən uçsunlar. – Qulaq as, bu yerləri də Allah yaradıb?
Gözlənilməz sual yolçunu fikirdən ayırdı.
– Əlbəttə!
– İllinoysu da O yaradıb, Missurini də O yaradıb, – qız davam etdi. – Amma buranı, yəqin, başqası yaradıb, suyu və ağacları da unudub. Bura o yerlər kimi yaxşı deyil.
– Bəlkə, dua edək? – səyyah tərəddüdlə dedi.
– Axı, biz yatmağa hazırlaşmırıq, – deyə qız etiraz etdi.
– Eybi yox. Əlbəttə, indi duanın vaxtı deyil, amma Allah inciməz, inan mənə. Vadi boyu gedərkən gecələr arabada oxuduğun duaları oxu.
Qız
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)