Gunduz Memmedovhas quoted8 years ago
Parkdakı dəmir skamyada yanaşı oturdular. Yanaşı oturmuşdular, amma bir-birlərinə sıxılmamışdılar. Uinston Culiyanın danışmaq istədiyini hiss etdi. Qız kobud tufli geydiyi ayaqlarını qabağa uzadıb cütləmişdi. Uinston onun baldırlarının da xeyli ətləndiyini nəzərdən qaçırmadı.
— Mən səni ələ verdim, — deyə Culiya müqəddiməsiz sözə başladı.
— Mən də səni ələ verdim.
Culiya yenə ikrah dolu baxışları ilə onu süzdü.
— Bəzən adamı elə şeylə hədələyirdilər ki, tab gətirməyəcəyini bilirdin. Tab gətirmək nədir, fikirləşməyə də qorxurdun. O zaman deyirdin: “Bu oyunu mənim başıma açmayın, başqa adam seçin, filankəsi götürün!”. Sonra öz-özünə haqq qazandırmağa çalışırdın ki, bu yalnız bir oyundur, boş sözdür, sadəcə səndən əl çəkmələri üçün filan adamın adını çəkmisən, əslində isə ona heç bir pislik arzulamamısan. Lakin elə deyil. Həmin sözləri dediyin anda məhz elə olmasını istəyirsən. Fikirləşirsən ki, başqa yolla özünü xilas edə bilməyəcəksən. Odur ki, canını bu yolla qurtarmağa razı olursan. Səni gözləyən müsibəti başqasına rəva görürsən. Artıq onun əzabları sənin vecinə deyil. Həmin anda yalnız özünü düşünürsən.
— Yalnız özünü düşünürsən, — Uinston əks-səda kimi eyni sözləri təkrarladı.
— Sonra isə həmin adama daha əvvəlki hisslərlə yanaşa bilmirsən.
— Yox, — Uinston dedi. — Əvvəlki hisslərlə yanaşa bilmirsən.
Deyəsən, daha danışılası başqa sözləri yox idi. Külək nazik kombinezonlarını çırpıb əyinlərinə yapışdırırdı. Dinməz-söyləməz bir yerdə oturmaq ikisinə də çətin gəlirdi.
  • unavailable
    Corc Oruel
    1984
    • 2.6K
    • 457
    • 68
    • 118
    az
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)