heyranhas quoted8 years ago
Kişilərin içində keçmişin bu atavizmi hələ də qalmaqdadır, – Dronqo düşündü, – biz savaşmaq imkanı ələ düşən kimi dərhal vəhşiləşirik; içimizdə mürgüləyən təcavüzkarlığı oyatmaq, öz yerimizi tutmaqdan ötrü bir-birimizi didib parçaladığımız, milyon illərlə yaşadığımız mağaranı yada salıb xatırlamaq bizi dərhal vəhşiləşdirir. Yalnız güclülər sağ qaldılar, öz yeri, öz arvadları, öz bir parça ət payı, öz həyatı uğrunda başqalarından daha yaxşı vuruşmağı bacaranlar sağ qaldılar. Bir neçə min illik sivilizasiya bizi dəyişdirə bilmədi».
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)