Rüstəmov Rəşadhas quoted4 years ago
Arvadı Bet, balina kimi piyli və hərarətli bu qadın yanında uzanıb ağır nəfəs alır; fasiləsiz xorultusu ilə şüursuz da olsa, gündüzkü monoloqunu davam etdirir, yuxuda da cəfəngiyat püskürür. Cek qəzəbini boğaraq onu dizi ilə, dirsəyi ilə dümsükləyəndə, yaxud yuxarı qalxmış gecə köynəyinin altından pırtlayıb çıxan çılpaq ombasını əlləşdirəndə, qadın itaətkarlıqla səsini kəsir, onda da kişi qorxur ki, andını pozaraq arvadını oyadar – heç nəyə baxmayaraq, birlikdə yatmağa qərar verən istənilən cütlük qabaqlar bu cür and içərdi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)