Vusala Mammadovahas quoted8 years ago
Münasibət və Ünsiyyətinizdə Sehr Yoxdur, Sadəcə Sehrbazlar Var

Qədim zamanlarda bir kral və onun gənc oğlu var idi. Gənc kral 3 şey istisna olmaqla, hər şeyə inanırdı. İnanmadığı 3 şey bunlar idi: kraliçalar, adalar və tanrı. Atası ona dünyada bu üç şeyin mövcud olmadığını demişdi. Atasının krallıq dövründə bu 3 şeyin varlığını sübut edən bir nişanə belə, yox idi. Gənc də atasına inanırdı. Bir gün gənc kral atasının sarayından qonşu bir ölkəyə qaçır. Orada bir çox ada, adalarda da adlarını belə, bilmədiyi varlıqlar görür. Adalara getmək üçün qayıq axtararkən yanına çadralı, üzü qapalı adam yaxınlaşır. Gənc həmin adamdan adaların həqiqət olub-olmadığını soruşur. Adam da “əlbəttə, həqiqətdir” cavabını verir.
– Yaxşı, bəs bu qəribə görünüşlü varlıqlar?
– Onlar həqiqi kraliçalardır.
– Belə çıxır ki, tanrı da var?
Qapalı qiyafəli adam bir qədər önə əyilərək “mən tanrıyam”, – deyir. Gənc tələm-tələsik saraya qayıdır. Və atasına təəccüblə “adalar gördüm, kraliçalar gördüm, tanrını gördüm”, – deyir. Qoca kral bu sözlərdən qətiyyən təsirlənmir və “həqiqi adalar, həqiqi kraliçalar və həqiqi tanrı yoxdur”, – cavabını verir.
Oğlu: “Axı, mən onları gördüm”, – deyərək israr edir. Kral soruşur: “De görüm, tanrı nə geyinmişdi?”. Oğlu cavab verir: “Uzun qara libas”.
“Yaxşı, libasının qollarını yuxarı çəkmişdimi?” – atası soruşur.Gənc kral xatırlayır ki, onun libasının qolları həqiqətən çəkilmişdi. Atası gülümsəyərək “Elə də bilirdim”, – deyir və davam edir: “O gördüyün bir sehrbaz geyimidir, səni aldadıblar”.
Bir müddət sonra gənc kral adaya qayıdır və həmin qumluğa doğru gedir. Qara libaslı adam yenə orada olur. Gənc kral “Atam mənə sənin kim olduğunu dedi. Ötən dəfə məni aldatdın. Bir daha aldada bilməzsən. Artıq bilirəm ki, nə adalar, nə kraliçalar həqiqətdir. Üstəlik, sən də sehrbazsan”, ­– deyir. Qumluqdakı adam gülümsəyərək cavab verir: “Əslində səni aldadan elə atandır, ey gənc. Atanın krallığında çoxlu adalar və kraliçalar var. Sən atanın sehri altında olduğun üçün onları görə bilmirsən”. Gənc kral fikirli şəkildə evinə qayıtdığında atası gözlərinin içinə baxırdı: “Ata, sənin həqiqi bir kral olmadığın, bir sehrbaz olduğun doğrudurmu?”. Qoca kral gülümsəyir və paltarının qollarını yuxarı qatlayır: “Düzdür, oğlum, mən sadəcə bir sehrbazam”.
– Mən sehrdən kənarda olan həqiqətləri bilmək istəyirəm. Yalnızca həqiqətləri.
Ata cavab verir: “Sehrdən kənarda bir həqiqət yoxdur”.
Gənc kral qəmli bir şəkildə qışqırır: “Özümü öldürəcəm”.
Kral sehr vasitəsi ilə ölümü oğluna göstərir. Ölüm qapıda gözləyir, həqiqi krala səslənirdi. Gənc kral qorxur. Gözəl, amma həqiqi olmayan adaları, kraliçaları düşünür: “Yaxşı, dözə bilərəm”.
Qoca kral deyir: “Gördünmü oğlum, sən də bir sehrbaz olmağa başlayırsan”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)