Lamiya Yusibova Murshudluhas quoted8 years ago
biz adam­ların ürəklərini öyrənmək haqqında düşünmürük, biz adamların kimliyini, şəxsiyyətini nəzərə almırıq və ona görə də tanımırıq. Biz münasibətimizi, dav­ranışımızı qarşımızdakı adamın mənliyinə, xa­rak­te­rinə və dəyərlərinə hesablamırıq. Biz ancaq və ancaq öz xarakterimizə və eqomuza uyğun davranırıq. Bu da hər şeyi məhv edir. Çünki ilişki birtərəfli, bira­dam­lı olmur. Bütün münasibətlərdə qarşı tərəf var. Bunu heç kim nəzərə almır.
Bir gün mütləq partlayış baş verir.
Səbir kasası daşır.
Həmişə konfliktin, dava-dalaşın, gərginliyin olmasına yeganə və təkcə səbəb bir-birinin işinə burun soxmaq, sərhədini keçmək və hər şeyə qarışmaqdı.
Məsələn, o, xoşbəxtdi. Sən özünü aldadılmış, tərk olunmuş, gərəksiz hiss edirsən.
Niyə xoşbəxtdi? Təsəvvür edirsən? Səni sevdiyin adamın xoşbəxtliyi üzür, ancaq ona görə ki, özü­nü həyatın bütün məqamlarında ona yükləmək istə­yir­sən. O qədər eqoistsən ki, onun xoşbəxt olmağı səni qıcıq­landırır, əsəbiləşdirir. Onun xoşbəxt olması səni bəd­bəxt edir.
Və sən buna sevgi deyirsən? Dəlisən?
Birinci şərt budu: sevgilinə özü ola bilməsi üçün ta­ma­milə azadlıq verməlisən.
Onun üstünə getsən, ondan hesabat tələb eləsən, onu sənsiz yaşadığı
  • unavailable
    Osho
    Qadınların kitabı
    • 6.1K
    • 1.7K
    • 117
    • 295
    az
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)