b6943391325has quoted8 years ago
Biz sənin on ildən artıq idi ki axtardığın adamın adını çağırıb şad-xürrəm rəqs edə-edə küçələri dolaşırdıq.

Qəfildən o nəhəng izdihamın içində kimsə geriyə çöndü və mən bir kişi sifəti gördüm. O, təxminən sən yaşlarda idi. Sizin baxışlarınız toqquşdu, mən isə o anda bir qısqanclıq sancması duydum.

Siz sürüsündən uzaq düşmüş və meşənin o biri ucunda görüşmüş iki canavar kimi yerinizdə donub bir-birinizə zillənmişdiniz. Bir andan sonra Knapp sənin adını çəkdi: “Tomas?” Bozumtul Qərbi Berlin yollarının fonunda ikiniz də nə qədər gözəl görünürdünüz! Sən titrəyə-titrəyə dostunu qucaqlayırdın, sizin simalarınız isə qeyri-adi bir sevinc saçırdı. Antuan ağlayır, Matias isə onu sakitləşdirərək, ayrılığın uzun olduqca, görüşün bir o qədər şirin olduğuna inandırmağı çalışırdı. Amma Antuan göz yaşları içində boğularaq, belə görüşün bir möcüzə olduğunu təkrarlayırdı. Sən başını yenidən tapdığın dostunun çiyninə dirədin. Lakin mənim sənə baxdığımı görəndə özünü düzəldib öncə dediklərini təkrarladın: “Dünya böyük, dostluq isə sonsuzdur!” – və Antuan əvvəlkindən də möhkəm hönkürüb ağlamağa başladı.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)