ahmedoffelvin99361has quoted8 years ago
ARI VƏ ŞAHZADƏ

İtiquyruq adlı bir arı çoxdan idi məşhurlaşmaq ar­zusu ilə yaşayırdı. Bir dəfə o uçub şahın sarayına gəl­di və öz çarpayısında yatan balaca şahzadəni sancdı. Şah­za­də ayıldı və bərkdən ağladı. Şah və saray əyanları təlaş içində onun yanına tələsdilər. Şahzadə qışqırır, arı isə onu yenə və yenə sancırdı. Saray əyanları arını tutmağa çalışırdılar, amma onlardan hər birinə də arı­nın neştərindən pay düşdü. Qara-qışqırığa bütün saray əhli tökülüşdü, xəbər tez yayıldı və avaralar saraya tərəf axışmağa başladı. Şəhər təlatümə gəlmişdi, bü­tün işlər dayanmışdı. Çəkdiyi zəhmətdən sonra dincəlməyə getməzdən əvvəl arı ərz etdi: “Şöhrəti olmayan ad, alovu olmayan yanğın kimidir. Nəyin bahasına olur-olsun ad çıxarmaqdan vacib başqa heç nə yoxdur”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)