Vusala Mammadovahas quoted8 years ago
Ümumiyyətlə, heç nəyi sözlə ifadə eləmək mümkün deyil – amma yenə də hər dəfə yenidən danışmaq, düşüncələrə dalmaq ehtiyacıyla üz-üzə qalır insan!
O, əlində tutduğu bu xırdaca çiçəyin seyrinə dalmaqdan doymur, onun saplağın üstündə necə də qəşəng, heyrətdoğuracaq qədər rahat yer tutduğuna valeh olurdu. Vergilinin9 qəşəng şeirləri vardı, onları sevirdi; amma aralarında elələrinə rast gəlirdin ki, təxəyyüllə qələmin birgə məhsulu olan bu əsərlər saplağın ətrafında əcaib spiral yaratmış bu xırda ləçəklər qədər əsrarəngiz və mükəmməl deyildi. İnsan əli heç olmasa bu cür tək bir çiçək yarada bilsəydi, necə də heyrətamiz, alicənab və müdrik hərəkətə imza atmış olardı! Əfsuslar olsun ki, bunu heç bir qəhrəman, heç bir imperator, heç bir baş yepiskop, ya da müqəddəs yaratmaq iqtidarında deyil.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)