b6459287860has quoted8 years ago
Giriş

O, əlində bir gündəlik tutmuşdu. Bu onun gündəliyi idi. Orda yazılanları böyük maraqla oxuyaraq, hər personajda özünü tapmağa, Qrinviç-Vilic kafesindəki görüşləri və söhbətlərini yenidən xəyalında canlandırmağa və hansısa epizodu xatırlamağa çalışırdı. Hər vərəqi çevirəndə xatirəsi zaman ötdükcə qar üzərindəki ləpirlər kimi silinib getmiş məhəbbətdən boğulan ürəyinin çırpıntısı daha da artırdı.
Axşam düşdükcə, şam etməyi unudaraq, gecənin yaxınlaşmasına belə baxmayaraq bu gündəliyi oxumağa davam edirdi. O, zəngin deyildi, amma yaşamaq üçün zəruri ehtiyaclarını ödəyə bilməyəcək qədər kasıb da deyildi. Yalnız səhər günəşinin işığı jalüzlərdən otağa süzüldüyü zaman o, gündəliyi bağladı, əllərini dizlərinin üstünə qoyub, dərindən nəfəs alaraq göz yaşlarını boğmağa çalışdı.
O, həyatını bu vərəqlərlə paylaşarkən
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)