Fatimehas quoted7 years ago
Xoş keçən günlərin xatirəsindən,
Gülşəndə güllərin cazibəsindən,
Güldə bülbüllərin təranəsindən,
Söz aç, hələ vaxt var, sübh açılmamış,
Əzizim, sən mənə sevgidən danış...
Demə qaşqabaqlı: “heç kefim yoxdur”.
Mən səni görəndə sevgi görürəm,
Sevgilim, gözəlsən, bir az da şux dur,
Qəlbində duyğu var, eşq var, bilirəm...
Yenə cuşa gəlib şair ilhamı,
İndi gecə keçir, uyquda hamı,
Gəl, baş-başa qalaq, yad oyanmamış,
Əzizim, sən mənə sevgidən danış...
Bizim nəyimizə gərəkdir özgə,
Sən məni seyr eylə, mən sənə baxım.
Saatlar ələnib saniyə olsun,
Gözündən süzülüb könlünə axım.
Məntək gözlərinə heç kəs baxmamış!..
Əzizim, sən mənə sevgidən danış.
Gəl, xoş uşaqlığı xatırlayalım,
Dəryada, ümmanda sərt çağlayalım,
Bu gün nə küsəlim, nə ağlayalım,
Göz yaşı gözlərdən hələ axmamış,
Əzizim, sən mənə sevgidən danış...
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)