Gunel Najafovahas quoted8 years ago
– Sən... Sən özünə həmişə belə arxayın olmusan. Sənin bu arxayınlığın adamı dəli eləyir. Heç nə sənin özünə olan bu inamını sındıra bilmədi. Sənin bu ölçülü-biçili hərəkətinə nifrət edirəm! Həmişə də eləmişəm! Mənə elə adam lazımdır ki, məftun olmağı bacarsın! Elə adam lazımdır ki, dərdimdən dəli olsun! Elə adam lazımdır ki, mənsiz yaşaya bilməsin! Sən isə mənsiz yaşaya bilirsən. Həmişə də yaşamısan. Mən sənə lazım olmamışam! Sən soyuqsan! Sən ürəksizsən! Sənin məhəbbətdən xəbərin yoxdur! Mən səni heç vaxt ürəkdən sevməmişəm. Onda da yalan danışdım, dedim ki, iki ayın ayrılığı belə elədi. Lap getməmiş olsaydın da, belə olardı! Gülmə! Səninlə «o»nun ­fərqini bilirəm... Bilirəm ki, «o» sənin kimi ağıllı deyil, ancaq özünü mənim yolumda qurban eləyər, onun üçün bu dünyada var da mənəm, yox da mən! Bütün fikri, düşüncəsi mənəm! Məndən başqa heç kəsi istəmir, heç kəsi tanımır... Mənə də beləsi lazımdır!
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)