Gulshan Jabihas quoted8 years ago
Qurandakı ayələrin məzmunu belədir: «Zülqərneyn yola düşüb getdi, günəşin batdığı yerə çatdı. Gördü günəş isti bir bulağa batır; yenə yol alıb günəşin doğulduğu yerə çatdı. Burada günəş bir xalqın üzərinə düşürdü, onların günəşə qarşı heç bir hailləri yox idi. Yenə yoluna davam etdi, iki sədd arasına çatdı. Onların (iki səddin) yaxınlığında söz qanmayan bir xalqa rast gəldi. Onlar dedilər: «Ey Zülqərneyn! Yəcuc və Məcuc bu ölkədə fitnə və fəsad törədirlər: sənə xərac versək, bizimlə onlar arasında bir sədd yaradarsanmı?» İskəndər cavab verdi: allahın mənə verdiyi dövlət kifayətdir. Sonra o, işçilər və dəmir parçaları tələb etdi. Bir-birinə müqabil iki nüqtənin arasında bir sədd çəkildi. Onlar (Yəcuc və Məcuc) bu səddin üzərinə çıxa bilmədilər və onu deşməyi də bacarmadılar».
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)