b0497577606has quoted8 years ago
Fəsil 128

Syuzan oyananda günəşin işığı artıq hər yeri bürü­müş­dü. Onun nəvazişli şüaları pərdədən keçir və pərqu döşəyə düşürdü. O, Devidə sarı dartındı. Bunu, yuxuda görürmü? Hətta tərpənmək də çətin idi: dünənki hadisələr onun bü­tün qüvvəsini qalıqsız tükətmişdi.
– Devid... – astadan inildədi o.
Cavab gəlmədi. O, heç əlini də uzatmağa heyi olmadan, gözlərini açdı. Onun tərəfindəki mələfə soyuq idi. Devid yox olub.
Deməli, yuxuda görmüşəm, fikirləşdi Syuzan və çar­pa­yıda oturdu. Viktorian stilində otaq, büsbütün krujevalar və əntiq əşyalar – “Stoun-Menor”da ən yaxşı mehmanxana nömrəsi. Onun bura gətirdiyi çanta otağın otrasında, dö­şəmədə düşüb qalmışdı... pal-paltarı, çarpayının yanında du­ran qədimi stulunun başındadır.
Devid qayıdıbmı? O, öz bədəninə sıxılan Devidin bədənini, onun öpüşlərini xatırlayırdı. Yəni bütün bunlar yuxuda olub? Syuzan dolaba tərəf çevrildi. Onun üstündə boş şampan butulkası, iki bakal və məktub var idi.
Gözlərini ovuşduraraq, Syuzan ədyalı çiyninə saldı və oxudu:
Mənim qiymətli Syuzanım!
Mən səni sevirəm.
Mumsuz, Devid.
Onun sifəti işıqlandı və məktubu sinəsinə sıxdı. Bu, Devid idi, başqa kim ola bilərdi? Mumsuz... Bu şifrəni Syuzan hələ açmayıb.
Küncdə nəsə qımıldandı. Syuzan gözlərini qaldırdı. Devid, məxmər divanın üstündə, xalata bürünərək, günün altında qızınırdı və diqqətlə ona göz qoyurdu. Syuzan əlini uzatdı, onu hayladı.
– Mumsuz? – Syuzan onu qucaqlayaraq, astadan soruşdu.
– Mumsuz. – O, cavabında gülümsündü.
O, Devidi öpdü.
– Aç da bu sirri. Bu nə deməkdir, axı?
– Nə versən də demərəm. – O, güldü. – Sirri olmayan ər-arvad maraqsız görünür.
Syuzan utancaqlıqla gülümsündü.
– Əgər bu gecə olduğundan da maraqlı olsa, mən daha qalxa bilməyəcəyəm.
Devid, ağırlığını hiss etməyərək, onu özünə tərəf çəkdi. Dünən o, az qala ölmüşdü, bu gün isə sağdır, salamatdır və qüvvəsi aşıb-daşır.
Syuzan başını onun sinəsinin üstünə qoydu və ürəyinin necə döyündüyünə qulaq asırdı. Amma hələ dünən fi­kir­ləşirdi ki, onu həmişəlik itirib.
– Devid, – deyə Syuzan, onun məktubunu dolabın üstündə görüb, ah çəkdi. – De də, “mumsuz” nə deməkdir? Sən axı bilirsən ki, aça bilmədiyim şifrələr beynimdən çıxmır.
Devid susurdu.
– Danış. – O mısmırığını salladı. – Əgər deməsən, bir də məni görməyəcəksən.
– Yalan deyirsən.
Syuzan onu balışla vurdu.
– Danış! Lap bu dəqiqə!
Lakin Devid bilirdi ki, bunu ona heç vaxt açmayacaq. “Mumsuz” ifadəsinin sirri onun üçün həddən artıq əziz idi. Onun kökləri qədim vaxtlara gedirdi. İntibah epoxasında heykəltaraşalar qiymətli mərmər üzərində işləyərkən onu zədələyəndə, zədələnmiş yeri sera ilə, yəni mumla düzəl­dirdilər. Zədəsiz, mumla ört-basdır etmək lazım olmayan heykəl, sin sera, başqa sözlə – mumsuz heykəl adlanırdı. Vaxt ötdükcə bu ifadə düzgünlük, həqiqilik mənasını aldı.
İngilis dilində mənası həqiqi və səmimi hər şey olan “sicere” sözü, ispancada sin cera – mumsuz ifa­də­sindən əmələ gəlmişdir. Bu sirr gerçəklikdə heç giz­lin də deyildi, Devid öz məktublarını, sadəcə olaraq, “Səmimi” sözü ilə imzalayırdı. Ona nə üçünsə belə gəlirdi ki, bu filoloji rebus Syuzanı sevindirməyəcək.
– Səni sevindirmək istəyirəm. Mən evə uçanda, – o, söhbətin mövzusunu dəyişmək istəyi ilə dedi, – univer­sitetin prezidentinə zəng vurdum.
Syuzan sevinclə çırpındı.
– De ki, dekan postundan getmisən.
Devid başı ilə təsdiqlədi.
– Növbəti semestrdə auditoriyaya qayıdıram.
Syuzan yüngüllüklə köksünü ötürdü:
– Sənin əsl təyinatın elə oradır.
Devid gülümsündü:
– Hə. Çox güman. İspaniya mənə, nəyin həqiqətən də qiy­mətli olduğunu anlatdı.
– Şifrələri açmağa kömək etməyin? – O, Devidin yanağından marçıldatdı. – Hər necə də olsa, mənə öz əl­yaz­malarımdan baş çıxarmaqda kömək edərsən.
– Əlyazma?
– Hə. Onları nəşr etdirməyi qərara almışam.
– Nəşr etdirmək? – O, başını şübhə ilə yırğaladı. – Nəyi nəşr etdirmək?
– Variativ filtrlərin protokolları və kvadratik qalıqlarla bağlı bəzi ideyaları.
– Yüzfaizli bestsellerdir.
Syuzan güldü.
– Özün təəccüblənəcəksən.
Devid əlini xalatın cibinə saldı və kiçik bir əşya çı­xartdı.
– Gözlərini yum. Məndə sənin üçün nəsə var.
Syuzan gözlərini yumdu.
– Qoy tapım. Üstündə latınca yazı olan zövqsüz qızıl üzük?
– Yox. – O çəp-çəp güldü. – Fonteyndən xahiş etdim ki, onu Tankadonun varislərinə çatdırsın. – Devid onun əli­ni öz əlinə aldı və barmağına nəsə taxdı.
– Yalançı, – Syuzan gözlərini açaraq güldü. – Mən axı düz tapmış... O, sözün yarısında susdu. Barmağındakı Tankadonun üzüyü deyildi. Bu, işıldayan iri briliant qaşlı platin üzük idi.
Syuzan içini çəkdi.
Devid onun gözlərinə baxdı.
– Sən mənə ərə gələrsən?
Syuzanın nəfəsi kəsildi. O, Devidə baxdı, sonra üzüyə. Gözləri yaşlandı.
– O, Devid... mənim sözüm yoxdur.
– De “hə”.
Syuzan üzünü çevirdi. Devid səbirlə gözləyirdi.
– Syuzan Fletçer, mən sizi sevirəm. Mənim həyat yol­daşım olun.
Syuzan başını qaldırdı. Oun gözləri yaşla dolu idi.
– Bağışla məni, Devid, – pıçıldadı o. – Mən... mən bu­nu edə bilməyəcəyəm.
Devid hətta səksəndi də. O, Syuzanın gözlərində zarafat qığılcımları görmək ümidilə, onun gözlərinə baxırdı. La­kin orada bunlar yox idi.
– Syu... zan, – o, kəkələyə-kəkələyə başladı. – Mən... mən başa düşmürəm.
– Mən bunu edə bilməyəcəyəm, – təkrar etdi o. – Mən sənə ərə gedə bilməyəcəyəm. – O, üzünü çevirdi. Onun çiyinləri silkələnirdi. Syuzan üzünü əlləri ilə örtdü.
Devid özünə gələ bilmirdi.
– Axı, Syuzan... mən fikirləşirdim ki... – O, Syuzanın titrəyən çiyinlərindən tutdu və onu özünə tərəf çevirdi. Və onda gördü ki, Syuzan heç də ağlamırmış.
– Mən sənə ərə getməyəcəyəm! – Syuzan şaqqanaq çəkib güldü və balışı ona çırpdı. – Sən “mumsuz” nə de­mək olduğunu mənə izah etməyənə qədər! Sən məni day dəli eləmisən!
  • unavailable
    • Mehdi Hesenov6 years ago

      Abunliyi necə ləgv etmək olar?

    Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)