Lacivərd Məmmədovahas quoted6 years ago
xevsurlar xristiandır. Onlar Xaça və Həzrət Məryəmə, hər şeydən əvvəl, Müqəddəs Georgiyə, apostol Pyotra və Pavelə səcdə edirlər. Sanki əmr edilibmiş kimi, onlar müəyyən vaxtda özlərini mömin kimi aparır, qoyun kəsiləndə barmaqlarını qana batırıb alınlarına xaç şəkli çəkirlər. Bu xaç işarəsindən başqa, onlar xristianlıq haqda heç nə bilmirlər. Onlar nə İsanı tanıyırlar, nə də xristianlıqla bağlı səciyyəvi əmr və buyruqları. Düzdür ki, onlar da Bazar gününü qeyd edirlər, amma təkcə Bazar günü yox, Cümə, Şənbə və Bazar ertəsi günləri də onlar üçün rəsmi bayramdır. Əgər səbəbini soruşsan, deyərlər ki, Bazar gününü ona görə bayram edirlər ki, bu, həm də onların qonşusu olan gürcülərin bayramıdır, onlar da xristiandır; Cümə gününü ona görə qeyd edirlər ki, dağlarda onların qonşuları olan müsəlmanlar üçün bu gün əziz gündür; Şənbə gününü Dağ Yəhudilərinə görə bayram edirlər, Bazar ertəsi gününü isə ona görə qeyd edirlər ki, hamıya göstərsinlər ki, xevsurlar azad insanlardır, nə xoşlarına gəlirsə, onu da edirlər
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)