rufatchas quoted8 years ago
partlayacağını və beynimə qan sızmasından öləcəyimi sanırdım. Bu fikir məni narahat edirdi, ancaq yenə də siqareti tərgitməyimə səbəb olmurdu. Daha tərgitməyə cəhd etmirdim də. Əslində siqaret çəkmək mənə ləzzət vermirdi. Siqaret düşkünlərinin çoxu həyatlarında bir zaman siqaretdən zövq aldıqları xəyalına qapılırlar, ancaq məndə heç belə olmadı. Mən onun dadına və qoxusuna hey nifrət etdim, ancaq siqaretin məni rahatlatdığına və mənə cəsarət verdiyinə özümü inandırmışdım. Siqareti tərgitməyə göstərdiyim cəhdlərdə hey pərişan olurdum və siqaretsiz həyat mənə dözülməz kimi gəlirdi.

Axırda arvadım məni bir hipnoz müalicəsinə göndərdi. Etiraf etməliyəm ki, mənə son dərəcə şübhəli görünürdü, çünki o zaman hipnotizma ilə əlaqəli heç nə bilmirdim və qarşıma şeytan qiyafəli, gözləri qaynayan birinin çıxacağını sanırdım. Mən də bütün siqaret düşkünləri kimi müxtəlif
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)