Gunduz Memmedovhas quoted8 years ago
– Siz özünüzü öldürmək istəmisiniz? – Antuan soruşdu.
– Gördüyünüz kimi, – o, kinayə ilə cavab verdi. – Uğursuz olub.
– Neçə dəfə cəhd etmisiniz?
– Mən cəhdləri saymağı çoxdan tərgitmişəm, bu məni ümid­sizləşdirir. Mən artıq hər şeyi sınamışam. Ancaq hər dəfə nəsə, ya da kimsə mənə sakitcə ölməyə imkan ver­məyib. Suda özümü boğanda haradansa fədakar axmağın biri çıxıb məni qəhrəmancasına xilas elədi və özü bir neçə gün sonra pnevmoniyadan öldü. Dəhşətdir, elə deyil? Özümü asmaq istədim və asdım, amma kəndir qırıldı. Gicgahımdan atəş açaraq ölmək istədim, güllə beynimdən yan keçdi və həyati əhəmiyyətli heç nəyi zədələmədi. Sonra iki qutu yuxu dərmanı uddum, amma sən demə, dozanı səhv salmışam, ona görə də, sadəcə, üç gün yatdım. Üç ay öncə özümü öldürtmək üçün killer tutdum, o sarsaq da hər şeyi qarışdırdı və qonşu qadını vurub öldürdü. Dəhşətdir! Əvvəllər özümü ümidsizlikdən öldürmək istəyirdim, amma indi bu prinsipə çevrilib
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)