İstənilən halda Qoldmund ona göstərdi ki, yüksək taleli insan həyatın dibinəcən enə, özünü çirkaba və qana batıra, bununla yanaşı, dəyərsiz rəzilə çevrilməyə, içində ilahi olanı öldürməyə bilər. Zülmət qaranlıqda uzun müddət dolaşa və ruhunun səcdəgahında ilahi işığı qoruyub saxlaya, yaradıcı gücünü itirməyə bilər.