Gulshan Jabihas quoted8 years ago
«Tarixi-Təbəri», «Tarixi-güzidə» və «Rövzülmitar» kitablarında deyilir: Ömər ibni-Xəttab34 İran ölkəsini fəth etdiyi zaman, Süraqə ibni-Əmri Azərbaycanı almağa göndərdi. O, bu ölkəni fəth etdikdən sonra, hicri 22-ci (=644) ildə, Bəkr ibni-Əbdüllahi Şirvan səmtini mühafizə etməyə göndərdi. Sonra Əbdürrəhman ibni-Rəbiəni pişdar təyin edib, özü də onun ardınca o tərəfə hərəkət etdi. Əbdürrəhman Muğan, Bəkr isə Ermənistan tərəfindən hərəkətlə, bir çox yerləri aldılar. Bu yerlərin bəzisini hərb ilə, bəzisini də sülh ilə ələ keçirdilər. Araz üzərindəki Xudafərin körpüsünü Bəkr tikdirmişdir. O zaman ermənilər ərəb qoşununun zülmündən qaçıb, Qarabağın çətin gedilən yerlərinə sığınmışdılar. Onların çoxu indi də bu yerlərdə yaşamaqdadır. Bərdə şəhəri o zamandan xarabalığa üz qoydu. Xülasə, Bəkr və Əbdürrəhman Şirvanın yaxınlığına çatınca, o yerin padişahları nəslindən olan vilayət hökmdarı Şəhriyar aman istədi və sülh etdi, bu şərtlə ki, xərac və ciziyə verməsin və bu vergilər, türkləri və sair müxtəlif din sahiblərini dəf etmək üçün saxlanacaq qoşuna sərf edilsin. Onlar Şəhriyarın bu təklifini Süraqə ibni-Əmrə yazdılar, o da bunu Ömər ibni-Xəttabın hüzuruna göndərdi. Xəlifə də bunu qəbul etdi. Ərəblərlə şirvanşahlar arasında bu qayda həmişə saxlanırdı. Süraqə qoşun başçılarından hər birini, bir dəstə qoşunla, keçidlərə və dağlıq yerlərdəki şəhərlərə göndərdi. Alan və Xəzər keçidlərinin hamısını möhkəmləndirib, müsəlmanları bu yerlərdə sakin etdi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)