Mətbuat bizim haqqımızda
Xəbərlər
Mətbuat üçün təsvirlər
Kim kimdir
Simon Dunlop
Simon Dunlop
Təsisçi
İnkişaf edən bazarlarda innovativ onlayn və oflayn biznes sahəsində 25 illik təcrübəyə malik həvəsli sahibkar. Dream Industries şirkətinin və Zvooq musiqi xidmətinin partnyor-təsisçisi. Cəsur nailiyyətlər, anti-utopiya və sehirli reallıq hekayələrini sevir.
Victor Frumkin
Victor Frumkin
Partnyor, Maliyyə direktoru
Viktor 15 il uğurla istehlak malları istehsal edən şirkətlərin inkişafı ilə məşğul olmuşdur. Onlardan ən uğurlusu 150 milyon dollar dövriyyəsi və 5500 işçisi olan, qəlyanaltı istehsalçısı Bridgetown Foods (ABŞ) oldu. Dream Industries və Zvooq-un həmtəsisçisidir. Sevimli mütaliəsi – sağqalma haqqında ağlasığmaz hekayələr.
Andrew Baev
Andrew Baev
İdarəedici direktor
GlobalPS-də beynəlxalq biznesin inkişaf etdirilməsinə rəhbərlik etmişdir. Medianywhere Group UK-in baş direktoru, Rusiyada R&D araşdırma mərkəzinə rəhbərlik etmişdir, Avropa və Latın Amerikası ilə birgə fəaliyyət göstərmişdir. Beynəlxalq biznein inkişaf etdirilməsi və operativ idarə üzrə kifayət qədər təcrübəyə malikdir. Oxumaq üçün komikslər və ya Platonun «Dövlət» əsərini seçir.
Maxim Balabin
Maxim Balabin
Yaradıcı direktor
Daha əvvəl «Afisha» jurnalında art-direktor olmuşdur. Dərin tərtibatçı təcrübəsinə malikdir. Demək olar ki, təsis olunduğu andan etibarən şirkətin ən önəmli üzvlərindən biri olmuşdur, dizayn və məhsul strategiyasına görə məsuliyyət daşıyır. Dream Industries şirkətinin yaradıcı direktorudur. Bütün kitabları sevir.
Pavel Groznyy
Pavel Groznyy
Baş redaktor
Jurnalist kimi təcrübəyə malikdir – yeniyetmələr üçün həftəlik qəzətdə baş redaktorun müavini vəzifəsində çalışmış, Moskva mediası üçün mətnlər yazmış, həmçinin «Afisha», o cümlədən «Afisha Vozduh» nəşr evlərinin bir neçə internet-layihəsini həyata keçirmiş və redaktə etmişdir. Bookmate-də eyni zamanda həm kitabxanaçı, həm redaktor, həm kitabsatan, həm də naşirdir – yəni, kataloqların analizi və strukturuna görə məsuliyyət daşıyır, müxtəlif dillərdə vitrinləri formalaşdırır, nəşriyyat ilə işləyir. Müxtəlif ədəbiyyatı sevir və oxuyur, amma xüsusilə kitablar haqqındaAlmaniya haqqında kitabları sevir.
Satenik Anastasian
Satenik Anastasian
Kontent şöbəsinin rəhbəri
Moskva Dövlət Mətbuat Universitetinin məzunudur. Xüsusi layihələr redaksiyası «Rosmen»də («Росмэн») məsuliyyətli redaktor kimi çalışmış, sonra isə rəhbəri olmuşdur. Daha sonra uşaq kitabları nəşriyyatı «Umka»da («Умка») baş redaktor vəzifəsinə keçmişdir, bundan sonra isə «ACT» nəşriyyatının gənclər üçün ədəbiyyat redaksiyasında eyni vəzifədə işə başlamışdır. Onun rəhbərliyi altında üç yüzə qədər ən müxtəlif kitab buraxılıb, həmçinin «Onlayn bestseller» seriyası sıfırdan başladılmışdır. Bookmate-də kontentin zənginləşdirilməsinə – yeni hüquq sahiblərinin (aqreqatorlar, naşirlər və müəlliflər) axtarışı və inteqrasiya edilməsinə görə məsuliyyət daşıyır. Ən sevdiyi kitablar – Con Steynbekin«Həyəcanlarımızın qışı» və Uilyam Folknerin «Səs-küy və qəzəb» əsərləri.
Mətbuat üçün əlaqə məlumatı
pr@bookmate.com
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl