Cerom Devid Selincer

  • Yegana_Lhas quoted2 years ago
    uçurum ki, sən ona doğru gedirsən, çox qorxunc və çox dəhşətli uçurumdur. Ora düşən adam heç vaxt onun dibinə gedib çatmır. Ömrü boyu üzüaşağı yuvarlana-yuvarlana qalır. Bilirsən, o adamlar ki, ömür-günün hansı bir anındasa içində yaşadıqları adi mühitdə mümkünsüz bir şey axtarmağa başlayırlar, onların hamısının aqibəti bu cür olmalıdır. Daha doğrusu, onlar elə fikirləşirlər ki, yaşadıqları mühitdə özləri üçün yararlı heç nə tapa bilməyəcəklər. Ona görə ruhdan düşürlər. Hətta heç axtarmağa başlamamışdan əvvəl ruhdan düşürlər.
  • Yegana_Lhas quoted2 years ago
    İnsanda kallıq, qeyri-yetkinlik əlaməti onun hər hansı bir iş uğrunda fədakarcasına qurban getmək istəməsi, yetkinlik əlaməti isə bu iş naminə yaşamaq istəməsidir”.
  • b5862214619has quoted2 years ago
    Diqqətlə göz qoydum bu xanıma. Görkəmindən o qədər də küt adama oxşamırdı. Üzünə baxanda, adama elə gəlirdi ki, bu qadın öz oğlunun necə dəyyus olduğunu səndən yaxşı bilir. Ancaq qəti demək çətindi, hər halda anadır. Anaların da hamısı başdan bir az seyrək olur.
  • b5862214619has quotedlast year
    Bilirsiz, bir adam bir işi həddən artıq gözəl bilirsə, onda o hər dəfə özünə nəzarət eləməsə, başlayır öz bacarığını gözə soxmağa.
  • b5862214619has quotedlast year
    Ömrümdə bundan izdihamlı, qəlp, yekəxana adam yığınına rast gəlməmişdim. Əllərindəki siqaretin tüstüsündən boğula-boğula hər biri tamaşadan danışanda qəsdən səsini ucaldır, qıraqdan eşidənlərə öz dərrakələrini nümayiş etdirməyə çalışırdı. Bizdən azca aralıda düdəmə bir kino aktyoru dayanmışdı, siqaret çəkirdi. Adını bilmirəm, amma həmişə davalı filmlərdə döyüşqabağı anlarda qorxaqlıq edən əsgər rollarını oynayır. Yanında qədd-qamətli, qəşəng bir sarışın qız durmuşdu və hər ikisi özlərini elə göstərirdilər ki, guya hamının onlara baxdığından xəbərsiz idilər.
  • b5862214619has quotedlast year
    O mənə cavab vermədi. Çıxıb getdi. Saçlarını daradı, min bir tumar vurdu və çıxıb getdi. Lap Stredleyter kimi. Gözəl oğlanların hamısı eyni cürdü. Daranırlar, tumarlanırlar, sonra da adamı tək qoyub gedirlər.
  • b5862214619has quotedlast year
    Nə isə, bilirsən, bu şeri yadıma salanda gözümün qabağında belə bir səhnə gəlib durur: bütün körpə uşaqlar axşamçağı yığışıb intəhasız bir çovdar çölündə qaçdı-tutdu oynayırlar. Milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər də, – yəni böyükləri deyirəm, – yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap qırağında dayanmışam. Və mənim işim, bu tayanın kənarındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə də almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə qaçıb tuturam ki, ora düşməsinlər. Bütün günü işim ancaq bu olur: çovdar düzündə uşaqları yıxılmaqdan qorumaq! Bilirəm, bu da bir cür sarsaqlıqdır, ancaq ürəyimə yatan yeganə bir peşə varsa, o da budur. Nə bilim, bəlkə, bu da bir cür axmaqlıqdır.
fb2epub
Drag & drop your files (not more than 5 at once)