Axı bizim kimimiz var? Nə bir qohumumuz var, nə də pulumuz... Eh, çətin bizi belə uzaq yerdə tapıb basdırsınlar.
— Henri, mən bir şeyi heç cür başa düşə bilmirəm: axı, bu adama nə düşmüşdü ki, gəlib çıxsın dünyanın axırına – Allahın, Tanrının xəbərsiz olduğu bu yerlərə? Nə var, nə var, qızıl axtarır. Mağıl öz evində lord idi, ya da buna oxşar bir adam; nə yemək, nə də isti paltar dərdi çəkirdi.
— Hə, demə day. Yəqin ki, evdə oturub qalsaydı, qocalana qədər yaşayardı,