Əgər, məsələn, siz təbiətən simicsinizsə, səxavətli adamla ünsiyyətdə olun və o öz ürəkaçıqlığını sizə yoluxduracaq. Əgər siz qaraqabaq, tutqun adamsınızsa, həyatsevər şəxslərlə yaxın olun. Əgər özünə qapanmağa meyillisinizsə, özünüzü ünsiyyətcil adamlarla dostlaşmağa məcbur edin. Özünüzdəki çatışmazlıqların yiyəsi olan adamlarla heç vaxt kooperasiyaya girməyin, onlar sizi dala çəkən bütün hər şeyi daha da möhkəmləndirəcəklər. Qoy sizi yalnız müsbət olana cəzb etsin. Bunu özünüz üçün həyat qanunu edin – bu sizə istənilən terapiyadan çox kömək edəcək.