az

Osho

  • Leila Aldjanovahas quoted2 years ago
    Özü ola bilməyən adam yarımçıq adamdı. Deməli, bədbəxtdi. Xoşbəxt adam rəqs etməyi asanlıqla öyrənir”.
  • Leila Aldjanovahas quoted2 years ago
    Özün ol, sadəcə, özün, özün, özün və yalnız özün! Ancaq bir şeyi unutma. Sən özün olmaqla həm də özün üçün təhlükə yaradırsan. Çünki bütün müsəlmanlar, xristianlar, buddistlər, iudaistlər, kommunistlər və sairələr çoxluqdu, bir topa adamdı. Sənsə təksən, yeganəsən, özəlsən. Onlardan fərqlisən.
  • b2559732536has quoted2 years ago
    sevirdim. Birinci gün dərsə getdim və müəllim mövzunu izah edirdi. Dərsin ortasında ayağa qalxdım və çölə çıxmaq istədim. Müəllim mənə
  • Firqət Məmmədovhas quoted2 years ago
    Məcbur edilən qayda heç vaxt düz ola bilməz, çünki onlar səni idarə etmək istəyən insanlar tərəfindən uydurulur.
  • Leila Aldjanovahas quoted2 years ago
    “Mən kiməm” sualı varlığının ən dərin xəlvətində soruşulmalıdır. Bu sualla guruldamalısan. Bu sual daxilində titrəməli, qanında, hüceyrələrində nəbzin kimi döyünməlidir. Bu sənin tam ruhunda sual işarəsinə ­çevrilməlidir.
  • Leila Aldjanovahas quoted2 years ago
    Zehnin sakit olanda sən biləcəksən. Kəlmələr şəklində bəzi cavabları ala bilməyəcək, “cavab budur” deyə dəftərinə yaza bilməyəcək, “cavab budur” deyə heç kəsə söyləyə bilməyəcəksən. Əgər kiməsə söyləyə bilirsənsə, deməli, cavab o deyil. Əgər dəftərə qeyd edə bilirsənsə, deməli, cavab o deyil. Əsl cavab sənə gələndə, o, ifadə edilməsi mümkün olmayacaq qədər varoluşla əlaqəli olacaq.
  • Leila Aldjanovahas quoted2 years ago
    Əsl fərqindəlik, fərqindəliyin alovu sualları yandırır. Onun günəşi sualı əridir və yox edir, buxarlandırır. Bir gün qəflətən görəcəksən ki, sən varsan, amma sual yoxdur. Cavab tapdığına görə deyil. Sadəcə, sual yoxa çıxıb.
  • Leila Aldjanovahas quoted2 years ago
    Əgər heç bir sual yoxdursa, deməli, ağıl da yoxdur. Ağıl daima sual verir. Əgər sual vermirsə, deməli, yoxa çıxıb – saf şüur – yerdə, sadəcə, buludsuz səma, tüstüsüz alov qalıb.
  • Leila Aldjanovahas quoted2 years ago
    Çalış, suallarının fərqində ol.
  • Leila Aldjanovahas quoted2 years ago
    Əgər sual verməmisənsə, öyrəndiyin hər şey tamamilə cəfəngiyatdır. Bütün bildiklərini at getsin – çünki əslində bilik deyilən şey yoxdur, sadəcə, bilmək var. Cavab deyilən şey yoxdur, sadəcə, sual verməyin yoxa çıxdığı şüur halı var. Sadəcə, şəffaflıq, görmə və qavrama şəffaflığı mövcuddur, başdan ayağa görə biləcəyin bir şəffaflıq – amma bütün bunlar cavab tapmısan deyə baş vermir.
fb2epub
Drag & drop your files (not more than 5 at once)