Məncə, hər hansı bir işdə uğur qazanmaq üçün ona dərindən yiyələnməlisən, onu daxildən ən xırda təfərrüatlarına qədər öyrənməlisən. Buna görə də mən çox işləyirəm. Qəbul elədiyim qərarlar faktlara və məntiqə söykənir. Mənim dəyərli ideya və yaxşı əməkdaş seçməkdə təbii vergim var. Nəticə həmişə insanlardan asılıdır.
— Bəlkə sadəcə bəxtimiz gətirib? — Bu, Keytin suallarındandır, amma o, elə təkəbbürlüdür ki!
Mən onun gözlərində heyrətin doğuşunu görürəm.
— Mən təsadüfə, yaxud bəxtə bel bağlamıram, miss Stil. Nə qədər çox işləyirəmsə, o qədər də bəxtim gətirir.