Mənə dəniz verin
Müzəffərli Azad Müzəffər oğlu 1962-ci ildə Bakıda doğulub. İxtisasca telejurnalistdir. 1990-cı ildən Azərbaycan Televiziyasında çalışır. Əməkdar jurnalistdir. 2015-ci ildə hekayələrdən ibarət “İdrak süzgəcindən keçirdiklərim”, 2017-ci ildə isə “Bir qəlbin nəqəratsız nəğməsi” adlı kitabları çapdan çıxıb. Mütəmadi olaraq respublikamızın müxtəlif kütləvi informasiya vasitələrində hekayələri çap olunur. “Türk ilahəsi” adlı hekayəsi Avrasiya Yazarlar Birliyinin nüfuzlu “Kardeş kalemler” dərgisində (2020-ci il) “Azərbaycan, səninləyik” şüarı altında çap olunan xüsusi nömrəsində dərc edilib. Əminik ki, yazıçının yeni kitabı oxucular tərəfindən maraqla qarşılanacaq.
Sənin məhəllədə itməməyin üçün
Bu roman, ünvan kitabçasını itirmiş bir yazıçı olan Jan Daraqanın hekayətidir. O, kitabçanı tapmış olduğunu söyləyən Gill Ottolini ilə tanış olur. Görüş zamanı, Gill, ünvan kitabçasında adı çəkilən bir şəxsdən söz açır. O, əvvəldən haqqında təhqiqat apardığı bu adam barəsində Jandan məlumat istəyir, lakin yazıçı yadında heç nə qalmadığını söyləyir. Gill və rəfiqəsi Şantal Grippay ona “Dosye”nin fotosurətini verirlər. Onu oxuyarkən, Jan, Anni Astrandın adına rast gəlir. Bu onu, indiyə qədər unutduğu, uzun xatirələr zəncirinə dalmağa sövq edir…
Əlvida, silah!
Roman avtobioqrafik sayõlõr. Yazõçõ birinci Dünya Müharibəsində italyan cəbhəsində Qõzõl Xaçõn könüllüsü kimi iştirak edib. Milanda yaralanõb hospitala düşən Heminquey tibb bacõsõna aşiq olub. "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхõmõndan Heminqueyin ən yaхşõ əsəri sayõlõr. Romanõn adlarõna gəlincə, yazõçõ onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandõrmaq istəyib. Ən sonda, «Əlvida, silah! » (1929) adõnõn üstündə dayanõb.
Heyvanıstan
Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903–1950) ya­ra­dıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüz­illikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər ya­ran­dıqları vaxtdan ədəbi və siyasi fikrin diqqət mər­kəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi po­le­mika doğurmuşlar. Oruell nəsrinin mühüm, diq­qətəlayiq nümunələrindən sayılan “Heyvanıstan” po­ves­ti Azərbaycan dilində ilk dəfə, həm də orijinal­dan tər­cümədə çap olunur. Kitab geniş oxucu kütlələri, bə­dii ədəbiyyat həvəskarları üçün nəzərdə tutulur.
Vəba günlərində eşq
Nobel mükafatçısı Qabriel Qarsia Markesin “Vəba günlərində eşq” romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqqındadır. Əsərin qəhrəmanı Florentina Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı şəxsə — doktor Xuvenal Urbinoya ərə gedir. Bu evlilikdə Ferminanın atasının da böyük rolu olur. O, kasıb teleqrafçının yox, tanınmış həkimin qayınatası olmağı üstün tutur. Bunun üçün bir çox əziyyətlərə qatlaşaraq xoşluqla olmasa da qızını yolundan döndərə bilir. Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq Florentina öz məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı günə olan inamı onu heç vaxt tərk etmir. Ağrı-acılar, təsadüfi eşqlərlə dolu zaman keçir və Florentina da varlı, cəmiyyətin hörmət etdiyi şəxs olur. Və düz 51 il 9 ay 4 gündən sonra sevgisinə — illərlə həsrətini çəkdiyi Ferminasına qovuşur. Bununçün o, səbirlə doktorun ölümünü gözləyir.
Geyşanın memuarları
20-ci əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi. Hətta siz məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmasanız belə, “Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız. Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri, tələb olunanları deyirlər. Onlar heç bir istəyə və seçim hüququna malik ola bilməzlər. Qadınlar doğulandan ölənə qədər onlar üçün əvvəlcədən müəyyən olunmuş yolla irəliləyirlər, bu yoldan sapma ehtimalı çox cüzidir. Onlar mövcuddurlar, ancaq demək olmaz ki, yaşayırlar. Ona görə ki, yalnız tənhalıqda özləri kimi ola bilirlər, ancaq bu hüquqdan da məhrumdurlar. Geyşalıq işi — gözəllik və incəsənətdir. Bu ancaq kənardan belə görünür. Daxildən isə yalnız ağır, üzücü əmək, riyakar bir peşədir. Bundan savayı, heç nə yoxdur. Tamamilə heç nə.
Çovdarlıqda uçurumdan qoruyan
“Çovdarlıqda uçurumdan qoruyan” romanı amerikalı yazıçı Cerom Devid Selincer tərəfindən 1951-ci ildə qələmə alınmışdır. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanmış və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanı üzərində doqquz il işləmişdir. Amarika yazıçısı Cerom Devid Selincer (1919 — 2010) hələ gənc yaşlarından, Pensilvaniyada hərbi məktəbdə təhsil aldığı illərdə məktəb qəzetlərində köşə yazarı kimi çalışmış, bir müddət sonra isə o, hekayələr yazmağa başlamışdır. Yazıçının ilk əsəri “Gənc adamlar” hekayəsi 1940-cı ildə işıq üzü görüb. Ona dünya şöhrətini qazandıran əsəri isə 1951-ci ildə yazdığı yeganə romanı “Çovdarlıqda uçurumdan qoruyan” olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdır.
Xırda şeyləri dərd etməyin
Həmişə qəzəbli olduğumuz anlarda “xırda şeylər”i beynimizdə canlandırıb, həqiqətən də “böyük məsələ” həddinə çatdırırıq. Guya haqlı çıxmağımız xoşbəxtliyimizdən daha əhəmiyyətlidir. Lakin heç də belə deyil. Əgər daha sakit həyat keçirmək istəyirsinizsə, haqlı sayılmağın özünüzü xoşbəxt etməkdən daha vacib olmadığını başa düşməlisiniz. Xoşbəxtliyə gedən yol, mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir. Qoyun başqaları haqlı çıxsın. Bu sizin haqsız olduğunuz mənasına gəlmir. Hər şey yoluna düşəcəkdir. Siz işin ucunu buraxmaqla rahatlıq və haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacaqsınız. Əlinizi uzadıb haqlılığı başqalarına verdikdə onlar da sizə qarşı daha az mühafizəkar davranıb, mehriban olacaqlar. Çox vaxt onlar da sizə əl uzadacaqlar. Amma əgər bu ehtimal özünü təsdiqləməsə də, qətiyyən ürəyinizə salmayın. Daha çox sevgi dolu bir dünya yaratmaq üçün öhdənizə düşəni etməklə qazandığınız daxili sakitlik sizə bəs edər.
Qiraətçi
Çağdaş alman yazıçısı Bernhard Şlinkin «Qiraətçi» romanının (1995) fenomenal uğurunu Patrik Züskindin ondan on il qabaq nəşr edilmiş "Ətriyyatçı" romanı ilə müqayisə eləmək olar. «Qiraətçi» dünyanın qırxdan çox dilinə çevrilərək beynəlxalq bestseller olub, Avropa və Amerikanın ən sayılıb-seçilən mükafatlarını qazanıb. Professor ailəsindən olan on beş yaşlı oğlanla yaşlı qadın arasında qəfildən tutuşan eşq romanı elə qəfildən də həmin qadının şəhərdən xəbər-ətərsiz yoxa çıxmasıyla qırılır. Səkkiz il sonra, hüquq fakültəsinin sonunju kursunda oxuyan oğlan onu yenidən — nasist jinayətkarlarına qarşı keçirilən məhkəmə prosesində qadın konslagerinin keçmiş nəzarətçiləri arasında görür.
Titulsuz lider: işdə və həyatda gerçək uğur qazanmaq haqqında müasir hekayə
Valideynlərinin öldürülməsindən sonra mənəvi sarsıntı keçirən Bleyk Devis heç bir işdə uğur qazana bilmir. Bir müddət orduya yazılan Bleyk İraqa müharibəyə yollanır. Müharibə onun psixologiyasına daha çox təsir edir və o, müharibədən qayıtdıqdan sonra sivil həyata uyğunlaşa bilmir. Kitab mağazasında satıcı işləməyə başlasa da, Bleyk Devis hələ də şəxsi həyatından narazı və iş həyatında uğursuzdur. Onun həyatı bir bazarertəsi səhəri Bleykin işlədiyi mağazaya həmin mağazanın başqa bir filialından gələn digər işçi-Tomi Flinlə tanışlıqdan sonra müsbət mənada dəyişir. Bleykin atasının köhnə dostu olan Tommi işində bir çox uğurlara imza atmış, hörmət edilən bir şəxsdir. Bu qəribə şəxs Bleykin həyatını dəyişdirmək fikrindədir və o, Bleyki titulsuz liderlik etmə fəlsəfəsi ilə böyük uğurlar qazanmış 4 müəllimlə tanış edir. Bu adamlarla tanışlıq Bleykin həm iş, həm də şəxsi həyatını kökündən dəyişir.
Zəfər Tağı
Tanınmış alman yazıçısı Erix Maria Remarkın “Zəfər tağı” romanı antifaşist mövzuda yazılmış ən yaxşı əsərlərindəndir. Müəllif cərrah Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyat tərzini, faciəli taleyini ustalıqla təsvir edir. Dünyagörüşündə və həyata baxışındakı ziddiyyət və bədbinliyə baxmayaraq, Ravik inamını itirmir, təkbaşına da olsa, faşizmlə mübarizə aparır.
Yüksək effektli insanların 7 vərdişi
Bu kitab dünya bestselleridir, şəxsiyyətin inkişafı möv­zusunda misilsiz bir əsərdir. O, dünyada milyonlarla insana, o cümlədən Amerikanın sabiq prezidenti Bill Klintona, məşhur Lar­ri Kinqə və Stiven Forbsa böyük təsir etmişdir. “Fortune ­— 500” reytinqinə daxil olan böyük dünya korporasiyalarının bir çoxu “Yeddi vərdiş”də izah olunan effektivlik fəlsəfəsi ilə tanış olmağı öz əməkdaşlarının vəzifə borcu hesab edirlər. Kitab nə haqqındadır? O, hər şeydən əvvəl, həyat məqsədlərini, insan üstünlüklərini müəyyən etməkdə sistemli yanaşmanı izah və təqdir edir. Bu məqsədlər hər kəsdə müxtəlifdir və bu kitab özünü dərk etməkdə və həyat məqsədlərini dəqiq müəyyənləşdirməkdə yaxşı köməkçidir. İkincisi, bu məqsədlərə çatmağın yollarını da göstərir. Üçüncüsü, “Özünü necə təkmilləşdirmək olar?” sualına cavab verir. Burada imicin dəyişdirilməsindən söhbət getmir, mahiyyətcə özünü təkmilləşdirməkdən, daimi kamilləşməkdən bəhs olunur. Bu problemin sadə həll yolu yoxdur, burada möcüzə gözləmək olmaz. Hər cür pozitiv dəyişikliklər vaxt tələb edir, fəaliyyət və inadkarlıq istəyir. Bu kitab təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsl yol xəritəsidir.
Rüsvayçılıq
Con Maksvell Kutzeenin «Rüsvayçılıq» romanının baş qəhrəmanı Devid Louri azadlığa doğru uzun bir yol gedir. O öz təbiətinin qəribəlikləri, bütün intellektuallara xas olan yaradıcılığa meyilliliyi ilə mübarizə aparmalı olur. Lakin Devid Louri bu yolu axıra qədər gedərək, bütün bəraətlərdən, ümidlərdən, axtarışlardan imtina edir. CAR-ın 1990-cı illərin sonuna təsadüf edən tarixindən silinmək mümkün olmasa da, tarixi təbiətlə bərabər tutmaq, onu həyatın bir hissəsi kimi qəbul etmək olar. Bu işdə Devidə qızı Lüsi kömək edir. Devid Louri öz rüsvayçılığını rasional düşüncə ilə dərk etməyə, bu və ya digər fikirlə əlaqələndirməyə çalışırsa, qızı ona, sadəcə, bu hadisə ilə barışıb yaşamağı öyrədir… Kutzee ikinci dəfə Buker mükafatına «Rüsvayçılıq» romanına görə layiq görüldü.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl