Mümin Sekman

  • Ayaşhas quotedlast year
    Heç birimiz məhdudlaşdırıcı mühitə məhkum deyilik. Cəmiyyətin hamısını dəyişdirə bilməzsiniz, ancaq bir yerdə yaşadığınız kütləni seçə bilərsiniz. Dünyaya son şəkli siz verə bilməzsiniz, ancaq öz dünyanızı ciddi şəkildə dəyişdirə bilərsiniz.
  • Ayaşhas quotedlast year
    Sizə insan münasibətləriylə bağlı «nüvə başlıqlı» bir taktika öyrədim. Həyatda insanların arxasınca qaçmayın, onların arxasınca qaçdığı şeyin arxasınca qaçın. Siz onların istədiklərinə sahib olanda. onlar özləri sizi tapacaqlar! Vəssalam!
  • Ayaşhas quotedlast year
    Nəyi çox düşünsək, beynimizdə o çoxalar. Beynimizdə çoxalan daşıb həyatımıza da yayılar. Qorxu da, cəsarət də, tənbəllik də, qeyrət də həyatımızda belə böyüyür. Bədənimizin balanslı şəkildə qidalanmasına diqqət yetiririk, bəs beynimizi nə dərəcədə doğru qidalandırırıq? Beynimizə kifayət qədər uğur vitaminləri» və «xoşbəxtlik mineralları» veririkmi?
  • Ayaşhas quotedlast year
    Kousins nə gözəl deyib: «Həyatda ən böyük itki ölüm deyil. Ən böyük itki biz yaşayarkən daxilimizdəki bir şeyin ölməsidir.»
  • Ayaşhas quotedlast year
    Bir iş seçin. Əvvəlcə o işi ən yaxşı bilən olun. Sonra ən yaxşı görə bilən olun. Ən axırda isə ən yaxşı görən kimi tanınan olun.
  • Ayaşhas quotedlast year
    Atatürk bir çıxışında bunu vurğulayır: «İşləmədən rahat ya­şamağın yollarını vərdiş halına gətirmiş millətlər, əvvəl mənəviyyatlarını, sonra hürriyyətlərini, ən axırda da gələcəklərini itirməyə məhkumdurlar!»
  • Sinarshikhovahas quoted2 years ago
    İstək gücü yoxdursa,
    onun əvəzində iradə gücü vardır!

    Hər şeyi istəmək olur amma ona sahib iradə gücü olmaqdir

  • Sinarshikhovahas quoted2 years ago
    Duyğularımız “dərk etdiyimiz” qədər dünyada baş verən prosesləri beynimizə ötürür. Dərketmə prosesinin alt və üst sərhədləri var. Məsələn, qurbağa ayaq səsini eşidər, ancaq qulağının dibində atılan top səsini eşitməz! Çünki bu səs onun eşitmə səviyyəsindən çox yüksəkdir. Buna səbəb qurbağanın ancaq eşidə biləcəyi qədərini eşitməsidir.
  • Sinarshikhovahas quoted2 years ago
    Biliyin sürətlə istehsal edildiyi və yayıldığı bir dünyada öyrənməyi bacarmaq insan üçün bir seçim deyil, artıq məcburiyyətdir. Bilik dünyasında müəyyən olunmuş əsas güc elə biliyin özüdür. Müasir həyatda özünüzü təsdiq etmək istəyirsinizsə, ya öyrənməlisiniz, ya da öyrənməlisiniz!
    Qədim dövrlərdə insanlar monoton həyat tərzinə sahib idilər və məhz bu səbəbdən də yeni məlumatlara bir o qədər ehtiyacları yox idi. Bir kəndli 17 yaşında öyrəndikləri ilə 80 yaşına qədər yaşaya bilirdi – ancaq bəzən həmin kəndli şəhərdə yaşayan oğlunu dinləyərkən və televizorda ölkə həyatında baş verənləri izləməyə çalışarkən də mütəmadi olaraq yeni biliklər əldə edir.
  • Sinarshikhovahas quoted2 years ago
    “Bizi güclü edən yediklərimiz deyil, həzm etdiklərimizdir; bizi varlı edən qazandıqlarımız deyil, xərclədiklərimizdir; bizi məlumatlı edən oxuduqlarımız deyil, beynimizə yerləşdirdiklərimizdir; bizi öndər edən də başqalarına verdiyimiz nəsihətlər deyil, onları özümüzün də istifadə etməyimizdir
fb2epub
Drag & drop your files (not more than 5 at once)