Axşamüstü növbədən qayıdanda görürəm ki, həyətdə paltar yuyur. Yemək istəyəndə dedi ki, işim çox olub, yemək hazırlamamışam. Bu saat hazırlayaram, deyir. Mən də neyləyim, ac, həm də yorğun vəziyyətdə idim. Dözmədim, hirslənib bunu söydüm. Bir də, bir şillə vurdum. İndi, özün de, bundan ötəri qadın öz evini-eşiyini atıb gedər?