ANDORRA SEVMƏLİ VƏ ÖLMƏLİ YERDİR
roman
Dünyanın səkkiz ölkəsindən — Amerika, Rusiya, Fransa, Almaniya, Çin, İsrail, İran və İngiltərə kəşfiyyatının peşəkar agentləri çox mühüm bir tapşırıq əsasında balaca Andorraya yığışıblar. Əhalinin sayı cəmi otuz altı min olan bu gözəl ölkənin sakit və dinc paytaxtındakı oteldə yaşayırlar. Amma Andorraya gəldikləri elə ikinci günün axşamı İngiltərə kəşfiyyatının təcrübəli agenti Mortimerin öz nömrəsində çox müəmmalı şəkildə zəhərləndiyi məlum olur. Ertəsi gün ikinci dəhşətli hadisə baş verir — Almaniya kəşfiyyatının agenti frau Şerner öz çarpayısında boğulmuş vəziyyətdə tapılır.
Nə baş verir? Bu müəmmalı qətlləri kim törədir?
Hadisə yerində heç bir iz buraxmayan peşəkar qatil kimdir?
Oxucu bu sualların cavabını romanla tanışlıqdan sonra biləcək.
PEŞƏKARLARIN QAYDASI
povest
Dronqo Mərkəzdən təcili və fövqəladə tapşırıq alır — Bağdada getmək və orda gizlənən Canavar ləqəbli keçmiş agenti tapıb məhv etmək. Canavar adi agent deyil, o, Şərq bölgəsində keçmiş SSRİ-nin ən yaxşı mütəxəssisi olub. Bağdadda yerini bərkidəndən sonra öz xidmətlərini Səddam Hüseynə təklif edib. Əgər onun qarşısı vaxtında alınmasa, İraq kəşfiyyatı bölgədə ən məlumatlı kəşfiyyata çevriləcək, bu isə Mərkəzə qətiyyən sərf etmir.
Beləliklə, Dronqo dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə bağlı İraqda keçirilən beynəlxalq tədbirlərə dəvət olunmuş nümayəndə heyətinin tərkibində jurnalist qismində Bağdada yola düşür.