Corc tapançanın lüləsini onun peysərinə dayadı. Əli titrəyirdi, ancaq çöhrəsində bir qətiyyət vardı. Axır ki, bu titrətməyə üstün gəlib tətiyi çəkdi. Güllə səsi düzəngaha yayılıb, dağlarda əks-səda verdi. Lenni dartındı, sonra asta-asta üzüqüylu qumun üstünə çökdü və bir daha tərpənmədi.