Bu kitabdan sitatlar: «Qərb cəbhəsində təbəddülat yoxdur», Erix Maria Remark

Misir Məmmədli
Misir Məmmədlisitat gətirir3 il öncə
Heç vaxt qoyunlar özlərinin sallaqxanaya necə aparıldıqlarını təsvir etməmişdilər.
b5227051540
b5227051540sitat gətirir4 il öncə
Biz kart oynamağı, mübaribə etməyi və söyüş söyməyi bacarırıq. İyirmi yaşdan ötrü bu çox deyil, iyirmi yaşdan ötrü bu, həddindən artıqdır.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir4 ay öncə
Qaşekin «İgid əsgər Şveygin macərası», Şveygin «Serjant Girişinin işi», Rennin «Müharibə»si, Vringin «Əsgər Zuren»i və nəhayət, Remarkın «Qərb cəbhəsində təbəddülat yoxdur»
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
– Bax, görürsən, – deyir, – biz müharibəni uduzacağıq, çünki biz çox gözəl təzim etmək öyrənmişik.
Ilkin Balayev
Ilkin Balayevsitat gətirir2 ay öncə
Stəkan yarıya qədər doludur, mən hələ bir neçə sərin qurtum da içəcəyəm; sonra istəsəm ikinci və üçüncü stəkan da gətirdə bilərəm.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Məktəbdə oxuyarkən riyaziyyat dərslərində birinciliyi qazanmasından indi ona nə fayda var?!
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Yoldaş, mən səni öldürmək istəməzdim, – deyə ona təlqin edirəm. – Əgər sən bir də buraya atılaraq, özünü ağıllı aparsaydın, mən belə hərəkət etməzdim. Sən indiyə qədər məndən ötrü yalnız mücərrəd bir məfhum, beynimdə yaşayan və öz həllini tələb edən bir sual idin. Mən bu sualı məhv etdim. İndi mən artıq sənin də mənim kimi bir adam olduğunu görürəm. Onda mən sənin əl bombalarını, süngünü, sənin silahını ­düşünürdüm; indi isə mən sənin arvadını, sənin çöhrəni, hər ikimizdə olan ümumi nöqtələri görürəm. Əfv et məni, yoldaş! Biz daima görülməli olan şeyləri çox gec müşahidə edirik! Nə üçün bizə sizin də bizim kimi bədbəxt olduğunuzu, sizin ananızın da bizimki kimi nigaran qaldığını, sizin də ölümdən bizim kimi qorxduğunuzu, bir cür öldüyünüzü və eyni ağrını çəkdiyinizi daima təkrar etmirlər? Nə qədər qəddar bir düşmənin də olsam, məni əfv et, yoldaş! Əgər biz bu silahı və bu əsgər paltarını çıxarıb atsaq, sən də mənə Kat və Albert kimi bir qardaş olarsan. Al mənim iyirmi illik ömrümü, yoldaş və ayağa qalx... Artıq mən nə edəcəyimi bilmirəm!
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Dövlət, dövlət! – deyə təkrar edir. – Səhra jandarmları, polis, vergiyığanlar – bax bizim dövlətimiz bunlardan ibarətdir. Əgər sənin bununla bir əlaqən varsa, məni bağışla!
Kat:
– Doğrudur! – deyir. – Sən, deyəsən, birinci dəfə olaraq doğru söz söylədin, Tyaden. Dövlət və vətən, bunların arasında doğrudan böyük fərq vardır.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Əmr bu sakit fiqurları bizə düşmən kəsdirmişdir; başqa bir əmr də onları bizə dost edə bilər. Hansı bir masada isə bizim heç tanımadığımız adamlar tərəfindən bir sənəd imzalanmışdır. Nəticədə illər boyu əvvəlcə dünyanın nifrətinə, böyük bir cəzaya layiq olan bir halı bir məqsəd kimi qəbul etmək ­məcburiyyətində qalmışıq.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Evdə son gecəni keçirirəm. Hamını sükut qaplamışdır. Mən erkəndən yatağa girir, yastığı qucaqlayaraq özümə sıxır, başımla onun içinə quylanıram. Kim bilir, bir də tük yataqda yatmaq mənə müyəssər olacaqmı?
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Masa üzərində dibçəkdə çiçəklər var. Qələm, karandaş, presspapye yerinə işlənən balıqqulağı, mürəkkəbqabı – heç bir şey dəyişməmişdir.
Əgər müharibə bitib, həmişəlik sağ və salamat qayıtmaq səadətinə nail olsam, bunlar yenə də eyni yerində qalacaq; o zaman mən burada beləcə oturaraq otağı seyr edəcək, gözləyəcəyəm.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Biz bir-birimizə qarşı bir o qədər də nəvazişkar deyildik, çox işləməyə məcbur olan, qeyd və qayğılar içində yaşayan yoxsullar arasında belə adətlər məlkbu deyildir. Onlar belə şeyləri anlamaz, çoxdan bəri məlum olan halların təkrar edilməsini sevməzlər. Anamın mənə «mənim əziz balam» deməsi bizim üçün başqalarının atəşin sözlərindən daha qiymətlidir. Mən yəqin bilirəm ki, anamın məni qonaq etdiyi mersin mürəbbəsindən yalnız bir banka var; bunu, həmçinin dadından çox köhnə olduğu anlaşılan peçenyeni anam məhz məndən ötrü saxlamışdır. O, çox ehtimal, bunları təsadüfi olaraq əldə etmiş və dərhal mənim üçün ayırmışdır.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Məni bir hüzn bürüyür. Gedib-qayıtmaq altı həftə çəkəcəkdir. Bu, şübhəsiz, böyük xoşbəxtlikdir, lakin mən qayıdanda nələr görəcəyəm? Bu yoldaşları bir də görmək müyəssər olacaqmı?
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Biz son illər içərisində bir dəfə də olsa, heç olmasa uzaqdan sevinc, gözəllik və xoşbəxtliyi andıran bir şey görməmişik. Biz həyəcan içərisində bunların sülh zamanına aid olduğunu hiss edirik.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Cəbhənin dəhşəti arxamızı ona çevirəndə öz gücünü itirir. Biz alçaq və acı zarafatlarla ondan intiqam almaq istəyirik; biz bir adam öldükdə «dalını çəkdi» deyirik. Hər şey üçün də belə söyləyirik. Bu bizi dəlilikdən xilas edir, hər şeyi belə qəbul etməyə qüvvəmiz çatdıqca biz müqavimət edə bilərik. Biz heç bir şeyi unutmuruq.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Yoldaşlarımız ölmüşdür, biz onlara yardım edə bilmərik, onlar indi rahatdırlar. Kim bilir, bizim başımıza nələr gələcək? Biz günlərimiz boş keçməsin deyə uşaqlar kimi atılıb-düşmək, qarnımız tutduqca yemək, yatmaq, içmək, papiros çəkmək istəyirik. Dünya beş günlükdür.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Biz indi əsgəri xoşbəxt edən iki nemətə malikik: yemək və istirahət. Bir az dərindən baxılsa, bu böyük bir şey deyildir. İki il əvvəl olsaydı, biz bunu ikrahla qarşılardıq. İndi isə biz halımızdan razıyıq. İnsan hər şeyə, hətta səngərlərə belə alışır.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Tutqun bir səhərdir. Biz buraya gələrkən yay idi, onda biz yüz əlli nəfər idik. İndi payızdır, biz soyuqdan üşüyürük, ağaclardan yarpaqlar tökülür, səslər yorğun bir halda: – bir, iki, üç, dörd... – deyə pıçıldayır, otuz üçə çatdıqda kəsilir. Səs: «Daha kimsə yoxmu?..» – deyə soruşana qədər uzun bir sükut davam edir.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Ara vermədən yağan müdhiş atəş, səpələmə atəş, mərmi, qaz, tank, pulemyot, əl bombaları – bütün bunlar sadə sözlərdir. Lakin bu sözlərdə dünyanın bütün dəhşətləri saxlanmışdır.
M.Vəlizadə
M.Vəlizadəsitat gətirir9 ay öncə
Biz uşaq kimi yardımsız, qoca kimi təcrübəliyik, biz köbud, məhzun və səthi düşünənlərik. Mənə elə gəlir ki, biz artıq məhv olmuşuq.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl