az
Sara Asurbeyli

untitled

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Akram Alishovhas quoted5 years ago
    Əgər Təzə Pir məscidi ibadət zalının həcminə və bəzəklərinin zənginliyinə görə misilsizdirsə, Göy Məscid ilk öncə formasının əzəmətinə, klassik proporsiyalarına görə diqqəti özünə cəlb edir. Yeri gəlmişkən, Əjdər bəy məscidini də həmin Zivər bəy [274 - 275] Əhmədbəyov layihələşdirmişdir. Onun təntənəli təməlqoyma mərasimi 2 mart 1912-ci ildə olmuş, o biri ilin sonlarına yaxın isə inşaat işləri başa çatdırılmışdır.
  • Akram Alishovhas quoted5 years ago
    Onun qədər möhtəşəm və əzəmətli görünüşə malik digər bir Bakı məscidi keçmiş Kaspiyski (indiki Səməd Vurğun) küçəsi 76 ünvanda yerləşir. Bakılılar onu "Göy məscid" kimi tanıyır. Bununla bərabər, keçmiş

    illərdə bu məscid onun əsasını qoyan, iri Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı ilə "Əjdər bəy məscidi" də adlanırdı. Nabat xanım kimi bu şəxs də həmin məşhur və tanınmış qədim Aşurbəyovlar nəslinə

    mənsub idi.
  • Akram Alishovhas quoted5 years ago
    möhtəşəm görünüşə malikdir. Yeri gəlmişkən, məscidin qübbəsində son daşı da 1914-cü ildə yenə

    H. Z. Tağıyev qoymuş
  • Akram Alishovhas quoted5 years ago
    Yeri gəlmişkən, onun tikintisi o dərəcədə böyük vəsait tələb etmişdir ki, H. Z. Tağıyev gələcək məscidin inşasında ona öz vəsaiti ilə yardımını təklif etmişdir. "Əgər sən bu dərəcədə varlısansa, onda özün bir məscid tikdir", - deyə Nabat xanım Tağıyevin bu təşəbbüsünün qarşısında ağıllı bir cavab vermişdir. Lakin buna baxmayaraq, gələcək məscidin təməl daşını qoymaq şərəfi məhz Hacı Zeynalabdin Tağıyevə həvalə edilmişdir.

    Bu hadisə 23 iyul 1905-ci ildə olmuşdur.
  • Akram Alishovhas quoted5 years ago
    XX əsrin əvvəllərində pir xaraba vəziyyətə düşmüşdü. Varlı bakılı dul qadın Nabat xanım Rzayeva-Aşurbəyova onun keçmiş şöhrətini özünə qaytarmaq istəyir. Mülki mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi əsasında əvvəlki pirin yerində o, Təzə Pir adını almış yeni bir monumental məscid ucaltdırır.
  • Akram Alishovhas quoted5 years ago
    Burada Əli bəyin və Bala bəyin bağ evində 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski dincəlmişdi.
  • Akram Alishovhas quoted5 years ago
    Mərdəkanda isə Aşurbəyovlar tərəfindən villa tikilmiş

    və zəngin bağ salınmışdı (hazırda "Günəşli" sanatoriyası).
  • Akram Alishovhas quoted5 years ago
    Nizaminin yaradıcılığı bir sıra Şərq ölkələrinin - Hindistan Orta Asiya, İraq, Türkiyə və digər ölkələrin ədəbiyyatına təsir göstərmişdir. Şərqin görkəmli şairləri - farsdilli hind şairi ƏmirXosrov Dehləvi 109

    (XIII əsrin sonu), fars və tacik şairi Əbdürrəhman Cami (XV əsr), özbək şairi Əlişir Nəvai (XV əsr), Azərbaycan şairi Məhəmməd Füzuli (XVI əsr) onun "Xəmsə"sinə nəzirə olaraq bir sıra poemalar yazmışlar.
  • Akram Alishovhas quoted5 years ago
    Nizami məhəbbət mövzusuna həsr olunmuş üçüncü poeması “Leyli və Məcnun”u fars və ərəb dilləri ilə

    bəzəməyi xüsusi qeyd edən I Axsitanın sifarişi ilə yazmışdı. Axsitanın bu tələbi Nizaminin fars dili ilə yanaşı, Azərbaycan-türk dilində də şeirlər yazdığını ehtimal etməyə imkan verir. Axsitanın Nizamiyə məktubunda aşağıdakı misralar vardır:

    Kamal cövhərinin xəzinəsindən,

    Gör, kimin sapına inci düzürsən.

    Türk dili yaramaz şah nəslimizə,

    Əskiklik gətirər türk dili bizə.
  • Akram Alishovhas quoted5 years ago
    Nizaminin poetik irsi otuz min beytlik beş böyük poemadan - "Xəmsə"dən ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") və qəzəllərdən ibarətdir.
fb2epub
Drag & drop your files (not more than 5 at once)