bookmate game
Kitablar
Nizami Gəncəvi

İskəndərnamə Şərəfnamə

    Nijat Jafarovsitat gətirir4 il öncə
    Düşməm yenərkən unutma bunu:

    Bağlama düşmənin qaçmaq yolunu..
    Nijat Jafarovsitat gətirir4 il öncə
    Hər söz öz-yerində olur çox gözəl,
    Çünki nar bar verməz vaxündan əwəl.
    Hər vaxtsız banlayan xoruzun gərək
    Durmadan başım bıçaqla kəsmək.
    Nijat Jafarovsitat gətirir4 il öncə
    Ümidin sönməsin dünya olsa dar,
    Hər qara buluddan ağ yağış yağar,
    imdad qapısım daim qoy açıq
    Ki, şirinlik alsın bir çox acılıq.
    Ömrünü ümidsiz keçirmə bir an,
    Qurtuluş verəndir böyük yaradan.
    Nijat Jafarovsitat gətirir4 il öncə
    Qızışanda dili səbr etsə bir az
    Tutduğu işindən peşiman olmaz.
    Min-min sərrast sözə tapsa da zəfər,
    Susmaq söyləməkdən çox fayda verər.
    Nijat Jafarovsitat gətirir4 il öncə
    "Canlara hakimdir fərman verənlər,
    Buyruq qullarıdır göndərilənlər.
    Şövkətli padişah versə hər əmr,
    itaət eyləmək bir vəzifədir".
    Nijat Jafarovsitat gətirir4 il öncə
    Adətdir, ağac boy atdığı zaman
    Başqa ağaclara yetirər ziyan.
    Nijat Jafarovsitat gətirir5 il öncə
    Atəşi gördükcə yumşalar dəmir.
    Nijat Jafarovsitat gətirir5 il öncə
    Bu dövran da gedər, qalmaz o bizə,
    Gələnlər içərlər xatirəmizə.
    Nijat Jafarovsitat gətirir5 il öncə
    Doğruya azacıq bənzəyən yalan
    Yaxşıdır yalana bənzər doğradan.
    Nijat Jafarovsitat gətirir5 il öncə
    Kimsənin dalınca demərəm yaman,
    Utanım üz-üzə gəldiyim zaman.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl