Bu kitabdan sitatlar: «Leon Afrikalı», Amin Maalouf

Siz burda yatıb gözləyirsiniz ki, onlar gəlib sizi torpağa gömsünlər.
Mən yol oğluyam, Vətənim – karvan, ömrümsə, gözlənilən ən qısa mənzilbaşıdır.
Öyrənməyimin vaxtını uzadacaq bəzi adətlər də var. Xüsusən də avropalıların söhbət eləyərkən öz həmsöhbəti bir neçə nəfərmiş kimi ona “Siz” və ya qaib qadınmış kimi “hiyə”114 deyə xitab eləməsi adəti. Ərəbcə danışan bütün adamlara, qulluqçu da olsalar, əmir də, “Sən” deyilir.
Əvvəllər heç vaxt belə olmamışdı ki, namaza səsləyən, zaman bəlirləyən, fəzanı dolduran, insanlara və daşa-divara əminlik gətirən nidanın yüksəlmədiyi şəhərdə həftələrcə yaşayası olam.
– Ehramları yada sal! Onları tikmək naminə neçə-neçə adamlar ölüb, halbuki onlar uzun illər yaşaya, torpaq əkə, yeyə və övlad dünyaya gətirə bilərdilər! Amma bəlkə də taundan qırılıb, özlərindən sonra heç bir iz qoymazdılar. Fironların istəyinə uyğun olaraq, elə abidə ucaldıblar ki, kölgəsi əbədiyyətədək onların zəhmətinin, ümidlərinin, ən yaxşı cəhdlərinin xatirəsini yaşadacaqdır.
Məhəbbət quyunun yanında susuzdur.

Məhəbbət çiçəkdir, meyvə deyil ki...
Sən buğda zəmisinə baxanda gərək orda dik sünbülləri də, başıaşağı əyilmişləri də görəsən. Çünki dikbaşlar boşdur! Səni mənim yaşıma gətirəcək və Allahın köməyi ilə sərvət yollarını üzünə açacaq bu təvazökarlığı hifz elə.
– Çox adam yalnız sərvətə can atanda gen dünyanı kəşf eləyir. Sənsə, oğlum, dünyanı tanımağa can atırsan, ona görə də xəzinə tapacaqsan.
Ölüm keçəcək, sonra dəniz dalğaları

Onda qadın və onun bəhərləri qayıdacaq.
Ey cavan qonaq, bil ki, Allahın insana ən yaxşı töhfəsi odur ki, onu karvan yollarının keçdiyi uca dağların başında dünyaya gətirsin. Yollar maarif və dövlət gətirir, dağlar isə azadlıq və müdafiəni təmin edir. Siz ey şəhər adamları, hər cür sərvətə və kitablara əliniz çatır, ancaq sizin hakimləriniz var və siz onların önündə başınızı aşağı tutmalısınız.
O, İlahidən nazil olmuş ayə kimi tərtəmizdir.
Yəqin məndən soruşacaqsan ki, niyə burda olan adamlara həqiqətin əksini dedim. Bax, Həsən, bu adamların hamısı hələ də evlərinin divarlarında Qərnatadakı mənzillərinin açarlarını asırlar. Hər gün də onlara baxıb köks ötürür və dua eləyirlər. Və hər gün fərəhli və məğrur yaşadıqları keçmiş günləri xatırlayırlar. O qürur ki, köçkünlükdə onun nə olduğunu unudublar. Onları həyatda saxlayan tək şey budur; elə fikirləşirlər ki, Böyük Sultanın sayəsində və ya Göylərin inayətilə çox keçmədən xəyallarında heç bir insanın əli dəyib korlanmamış mənzillərini, mənzillərinin daşlarının rəngini, bağçalarının ətrini, hovuzlarının suyunu geri qaytara biləcəklər. Onlar bununla yaşayırlar, bu ümidlə də öləcəklər, övladları da eləcə. Bəlkə də, onları məğlubiyyətin gözünə baxmağa öyrətməyə cürət eləyən kimsə olmalıdır. Elə bir adam ki,onlara başa salmağa cürət eləsin ki, insan əvvəlcə yıxıldığını qəbul eləməlidir ki, ayağa qalxa bilsin. Bir gün kimsə onlara doğrusunu deməlidir.
Peyğəmbərin belə bir hədisinə istinad edirdi: “İslam qəribliklə başlayıb, qəribliklə də bitəcək. Cənnət qəriblikdədir”.
İcmanın devizi Peyğəmbərin bu sözüydü: “Qardaşın zülm edəndə də, zülm ediləndə də kömək elə!” Ancaq onlar bu devizi Peyğəmbərin özü təfsir elədiyi kimi təfsir edirdilər. Ondan soruşublar: “Biz məzluma,şübhəsiz ki, kömək edəcəyik, bəs zalimə necə kömək edək?” Həzrət cavab verdi: “Ona üstün gəlməyimizlə və zərər çəkməsinə mane olmağımızla kömək edərik”.
– Yer üzündə inananlar üçün ayələr (əlamətlər) var. Sizin özünüzdə də (əlamətlər var), görməzmi oldunuz? Göylərdədir sizin rizqiniz və sizə vəd olunanlar.
Zira bütün müharibələrdə nizam və anarxiya birlikdə mövcud olur.
Kişilərin, elə atamın da səadətləri ardınca getdiklərini güman elədikləri vaxt, yollarını azmağa hüquqları olduğunu anlayanacan mən saçlarıma dən düşməyini və ilk peşmançılıq əyyamı keçirməyimi gözləyəsi oldum. O gün-bu gün onun yanlışlarından xoşlanmağa başladım, beləcə də, sənin mənim sapqınlıqlarımı sevəcəyinə ümid bəsləyirəm. Ümid edirəm ki, sən də arada yolunu azacaqsan. Ümid edirəm ki, sən də son həddəcən sevəcəksən və həmişə həyatın ən ciddi sınaqlarına hazır olacaqsan
Əndəlus sahili nazik peşmançılıq xətti kimi arxamızda qaldı.

Sadə və dərin bənzətmə

– Gərək Allaha daha yaxşı itaət eləyə bilmək üçün hərdən ona asi olasan.
İtirilmiş vətən yaxın qohumlardan birinin meyitinə bənzəyir, onu təntənəylə dəfn elə və əbədiliyə inan”.
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl