Mark Levi

Başqa bir xoşbəxtlik

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Filadelfiya. 2010-cu ilin ilk yaz günü, həyatının 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Amma niyə? Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində o, gizlicə Millinin maşınına oturur və heç bir şey anlatmadan ona dediyi yerə sürməsini əmr edir. Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə ­paylaşırlar. ABŞ-nın ştatlarında keçən 5 günlük yol… Bu səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından ­şübhələnir.
This book is currently unavailable
308 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Ruslan Rüstəmzadəshared an impression4 years ago
    💞Loved Up
    🐼Fluffy

    “Həyatda təsadüflər yoxdur,
    yalnız görüşlər var”.

  • b7915446390shared an impression3 years ago

    Qeyd edimki Mark levini''Başqa bir xoşbəxtlik'' kitabın sadecə qısa,bir başlıq oxudum.Çox gözəl, kitabdır.Uzun sözün qısası, oxumağınıza dəyər bir kitabdır!😙

  • Emil Azizovshared an impression6 years ago

    Yenicə oxuyub bitirdiyim Mark Levinin " Başqa bir xoşbəxtlik " kitabını sizlərlə də bölüşmək istədim. Qeyd edim ki, kitabı çox bəyəndim. Əla kitabdı içində çox şey var. Sevgi, dostluq, yalan sədaqət, xəyanət, siyasət və s. Romanın baş qəhrəmanı Aqata və Millidir. Həyatının 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində " oldsmobile" maşınına oturur və sahibi Milliyə maşını sürməyi əmr edir.Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə paylaşırlar. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından ­şübhələnir. Çox maraqlı, axıcı və sirr dolu bir roman oldu mənimçün. Kitabın heç bir yerində sıxılmaqdan söhbət belə gedə bilməz.

Quotes

  • b6692531402has quoted8 years ago
    o həyatda nələrəsə nail olmaq üçün çox çalışırdı. Məhz nəyə nail olmaq istədiyini heç özü də bilmirdi. Amma bir gün həyatının axarını dəyişəcək bir şeylə qarşılaşacağını və qeyri-adi bir həyatın astanasına qədəm qoyacağını duyurdu.
  • Tunzale Monsumovahas quoted8 years ago
    Onu sevməyə çalış, səni ona nifrət eləməyə təhrik edən qısqanclığın qəlbinə yol tapmasına izin vermə. Heç kim heç kimə məxsus deyil bu həyatda. Onu xoşbəxt et. Əgər bunu bacarsan o, həmişə səninlə olacaq.
  • heyranhas quoted8 years ago
    sosial şəbəkələr uzaqda olan insanları yaxınlaşdırır, yaxındakı insanları isə bir-birindən uzaqlaşdırır.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)