bookmate game
Xalid Hüseyni

Çərpələng uçuran

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlər arası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir.
Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri — Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?..
This book is currently unavailable
379 printed pages
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Şəbnəmshared an impression7 years ago
    👍Worth reading

    Gözəl həyat hekayəsi -Düşünürəm uzun zaman təsirindən çixa bilməyəcəyəm. Ferqli təəssüratlar yaratdı kitab məndə. Oxuyakən göz yaşlarıma hakim ola bilmədim. Hər kəsə məsləhət görərdim..

  • Rovsen Musayevshared an impression7 years ago
    👍Worth reading

    Ela kitabdi. İndiye kimi oxumadigima tesuflenirem.

  • Hümbətova ülkərshared an impression7 years ago
    👍Worth reading
    💀Spooky
    🚀Unputdownable
    💧Soppy

    Kitab olduqca axıcı. Necə başladı necə bitti anlamadım. Və duyğusal baxımdan məni çox uzaqlara apardı. Məncə hər kəs oxumalı.

Quotes

  • Elmin Seyfəddinlihas quoted8 years ago
    Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər
  • Vusala Mammadovahas quoted8 years ago
    O zamandan çox vaxt keçib, am­ma həyatdan aldığım dərs budur ki, keçmişin keçəriliyi, keçmişi gömmək barədə deyilənlər yalan imiş. Çünki keçmiş dişiylə-dırnağıyla yol tapıb, üzə çıxır. İndi geriyə baxanda anlayıram ki, əslində son 26 ili elə o kim­səsiz da­lana boylanmaqla məşğul olmuşam.
  • b4787464555has quoted8 years ago
    Kişilərin quruluşu onun fikirləri kimidir: sadə, az sürprizli. Siz qadınlarsa... digər tərəfdən, Allah sizi yaratmaq üçün çox baş sındırmalı olub.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)